Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

22 Sentyabr 2026 09:41Manşet / Dünya

Pezeşkianın ABŞ səfəri öncəsi diqqətçəkən qərar

 

İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə səfəri öncəsi mətbuat qrupu ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.

“Qafqazinfo”nun “Mehr”ə istinadən xəbərinə görə, İran Prezident Aparatının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbibullah Abbasi Pezeşkianın sabah başlayacaq ABŞ səfəri ilə bağlı açıqlamasında bildirib ki, Prezidenti müşayiət edəcək mətbuat qrupuna ABŞ vizası verilməyib.

Bununla belə, prezidentin ikitərəfli görüşləri ilə bağlı yeniliklərin ictimaiyyətə çatdırılacağı qeyd olunub.

Onun sözlərinə görə, Pezeşkianın ABŞ səfəri beş gün davam edəcək və bu müddətin iki günü səfərə sərf olunacaq.

İran Prezidentini səfər zamanı Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzai və Prezident Aparatının Mərasim və Protokol İşləri üzrə direktor müavini Seyid Abbas Musəvi müşayiət edəcək.

Abbasi həmçinin bildirib ki, Pezeşkian ABŞ səfəri çərçivəsində bir sıra ölkələrin rəsmiləri ilə görüşlər keçirəcək.