“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
Ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən Ağdərə rayonunda irihəcmli enerji layihələri həyata keçirilir. Belə ki, Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə “Çardaqlı-1” və 6,8 meqavat gücündə “Çardaqlı-2” su elektrik stansiyaları tikilir.
“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində hər iki stansiya üçün suqəbuledicilər və maşın zalları inşa olunur, mürəkkəb dağlıq relyefdə ümumilikdə 11,4 kilometr uzunluğunda, 2400 millimetr diametrli derivasiya boruları çəkilir.
Bununla yanaşı, Ağdərədə yerləşən 10,4 meqavat gücündə “Həsənriz” Su Elektrik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulur. Eyni zamanda, 110/35/10 kilovoltluq “Həsənriz” yarımstansiyası da sökülərək ən son rəqəmsal texnologiyalar əsasında tam yenidən inşa edilir.
“Həsənriz” yarımstansiyası istehlakçıların, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkə enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.
Buna qədər isə regionun enerji infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi Kəlbəcərdən Ağdərəyədək 42 kilometr uzunluğunda, 110 kilovoltluq ikidövrəli “Kəlbəcər–Həsənriz” ötürmə xətti çəkilib. Xəttin Şuşa istiqamətindən gələn 110 kilovoltluq ötürmə xətti ilə əlaqələndirilməsi nəticəsində Qarabağ bölgəsində etibarlı, dayanıqlı və çevik dairəvi enerji təchizatı sxemi yaradılıb.
Bununla yanaşı, Ağdərədə 14,7 meqavat gücündə yeni “Qozlukörpü” Su Elektrik Stansiyası tikilib və bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.
Beləliklə, Kəlbəcər və Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun “yaşıl enerji” mərkəzinə çevrildiyi kimi Ağdərə də, Qarabağ iqtisadi rayonunun “yaşıl enerji” mərkəzinə çevrilməkdədir. Həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Qarabağın bərpası və iqtisadi inkişafına da mühüm töhfə verir.

























































