İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
“İki ildə Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə genişmiqyaslı işlər görülüb”
İki il əvvəl - 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən dərhal sonra Prezident İlham Əliyevin azad olunmuş ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və dayanıqlı enerji ilə təchiz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən genişmiqyaslı işlər görülüb.
“Qafqazinfo” xəbər verir ki, ilkin olaraq antiterror əməliyyatından cəmi 4 gün sonra Xankəndi və ətraf ərazilər Ermənistan enerjisistemindən ayrılaraq 110 kV “Şuşa” yarımstansiyası vasitəsilə ölkə enerjisisteminə qoşulub və beləliklə, 30 illik işğaldan sonra azad edilmiş regionda Azərbaycan işığı yanıb.
Ümumilikdə isə antiterror tədbirlərindən keçən 2 il müddətində ölkə başçısının tapşırığına uyğun olaraq Xankəndi, Xocalı, Ağdərə və Xocavənd rayonlarında “AzərEnerji” tərəfindən irimiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib.
Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, işğal müddətində baxımsız vəziyyətdə saxlanılmış 50 MVt gücündə “Sərsəng” Su Elektrik Stansiyasında təcili təmir-bərpa işləri aparılaraq 2023-cü ilin oktyabr ayının əvvəllərində stansiya işə salınıb. Həmçinin, Ağdərə rayonunda 10 MVt gücündə “Həsənriz”, 3 MVt gücündə “Torağay-1”, 5,9 MVt gücündə “Torağay-2”, 5 MVt gücündə “Torağay-3”, 0,8 MVt gücündə“Torağay-4” kiçik su elektrik stansiyaları təmir-bərpa edilərək işə qoşulub.
Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasir infrastruktur da qurulub:
• Xankəndinin dayanıqlı enerji təminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq “Xankəndi-1” yarımstansiyası tikilib və artıq istismara hazırdır. “Şuşa” yarımstansiyasından bura 12 km uzunluqda ikidövrəli xətt çəkilib, şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təmin olunub.
• 110 kV “Xankəndi-1” yarımstansiyasından 110 kV “Ağdam Qovşaq” və “Həsənriz” yarımstansiyaları istiqamətində yeraltı kabel tunelləri tikilib.
• Xankəndi Şəbəkə Sahəsinin işçi heyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işə cəlb olunub.
• Kəlbəcər istiqamətində üçüncü dairəvi enerji təchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər, Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib, həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-lik xətt tamamlanıb.
• Tərtərçay üzərində 14,7 MVt gücündə “Qozlukörpü” Kiçik Su Elektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda son sazlama mərhələsindədir.























































