18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şamaxıda keçirilən Yay Fest 2026 uğurla başa çatıb.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest”in builki konseptual mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müəyyən etdiyi prioritetlərə uyğun olaraq süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalara həsr olunub.
Festivalınəsas məqsədi gənclərin müasir dünyanın çağırışlarına uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni texnologiyalar və innovasiya ekosistemi ilə bağlı məlumatlılığının artırılması, yaradıcı düşüncə tərzlərinin formalaşdırılması, eləcə də asudə vaxtlarında şəbəkələşmələrinə şərait yaratmaq olub.
13 iyul – 4 sentyabr tarixlərini əhatə edən festival çərçivəsində 8 tematik düşərgə təşkil olunub. “Rəqəmsal Dövlət”, “Media və Rəqəmsal Savadlılıq”, “Kreativ AI”, “Müasir Şəhərlər və Texnologiya”, “Elm, Etika və Gələcək”, “Mühəndislik və Kod”, “Startap və Sahibkarlıq” və “AI:İdman və Sağlamlıq” düşərgələrində ümumilikdə 2 mindən çox gənc iştirak edib.
Beş gün davam edən hər bir düşərgənin proqramı iştirakçılar üçün maarifləndirici və praktiki fəaliyyətlərlə yadda qalıb. Gənclər dövlət rəsmiləri ilə görüşlərdə, dövlət qurumları və özəl sektorun nümayəndələri ilə panel müzakirələrdə, texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə vörkşoplarda və yaradıcı master-klasslarda iştirak edərək müxtəlif mövzular üzrə yeni biliklər əldə edib, komanda şəklində çalışaraq əldə etdikləri bilikləri praktiki fəaliyyətlərdə sınayıblar. Yay Fest 2026 çərçivəsində keçirilən düşərgələrdə müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı gənclərə şəxsi və peşəkar inkişaf yolları, karyera imkanları və gələcəyin çağırışları barədə yeni baxışlar qazandırıb. Festivalın yaratdığı interaktiv mühit isə gənclərin ideyalarını paylaşmasına, birgə layihələr üzərində işləməsinə və yeni dostluqlar qurmasına imkan verib.
Çadır tipli düşərgələr yalnız maarifləndirici proqramla məhdudlaşmayıb. Festival müddətində intellektual oyunlar, idman yarışları, haykinq, komanda quruculuğu fəaliyyətləri, ekskursiyalar, musiqili proqramlar, DJ parti, ocaq ətrafında səmimi söhbətlər və müxtəlif yaradıcı fəaliyyətlər təşkil olunub. Festival gənclərin yaradıcı potensialını üzə çıxarmaqla onların həm öyrənməsinə, həm də əylənməsinə şərait yaradıb.
Belə ki, artıq ənənə halını alan Yay Fest ölkənin gənclər siyasətinin prioritet istiqamətlərini özündə əks etdirən, gənclərin liderlik potensialının inkişafını, ictimai iştirakçılığını, müasir bacarıqlarının formalaşmasını və dövlətçilik ənənələrinə bağlılığını təşviq edən layihə kimi özünü təsdiq edib.
Qeyd edək ki, Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı həyata keçirilib.











































































