Menu
Xəbər Lenti
Bu yollarda tıxac var
2-11-2026, 10:05

Bu yollarda tıxac var

Şəhid atası vəfat etdi
2-11-2026, 09:55

Şəhid atası vəfat etdi

04 Sentyabr 2026 11:52Manşet / Dünya

Rusiya Almaniyanı zərbə endirməklə hədələdi

 

Almaniyada Rusiyaya qarşı yönəlmiş uzaqmənzilli zərbə sistemlərinin yerləşdirilməsi halında onların olduğu məkanlar Moskva tərəfindən legitim hərbi hədəflər kimi nəzərdən keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Vedomosti”yə Rusiyanın Berlindəki səfirliyindən mənbə bildirib. 

Agentliyin həmsöhbəti vurğulayıb ki, Moskva öz təhlükəsizliyini təmin edərkən bu cür planları nəzərə alacaq. 

Qeyd edək ki, Almaniyada Rusiyaya qarşı ilk uzaqmənzilli sistemlərin yerləşdirilməsi 2027-ci ildə başlayacaq və bu proses 2030-cu illərin ortalarında tamamlanacaq. Diplomatlar bu sistemlərin mənzilinin iki min kilometrə qədər olacağını açıqlayıblar.