Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
“Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”.
“Qafqazinfo” “Trend”ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
“Maraqlı məqam ondan ibarətdir ki, son 20 ildə şəhərə 200 milyard dollardan çox investisiya yatırılıb. Bu proses davam edir və inkişaf edir”, - deyə E.Əzizov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Bakı bir çox istiqamətlər üzrə intensiv inkişafını davam etdirir və yeni inkişaf standartlarına hazırlaşır. E.Əzizov qeyd edib ki, bu gün Bakı aqlomerasiya ilə birlikdə üç milyondan çox sakini əhatə edir. Onun sözlərinə görə, şəhərdə Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu və “Alov Qüllələri” də daxil olmaqla, müasir memarlığın yeni nümunələri yaradılıb.
E.Əzizov vurğulayıb ki, Bakı təkcə inkişaf edən meqapolis deyil, həm də şəhər infrastrukturuna investisiya yatırımları üçün platformadır.
“Ən əsası isə - şəhər təhlükəsizdir. Üstəlik, təhlükəsizlik yalnız küçələrdə asayiş, təmizlik və hüquq-mühafizə sisteminin səmərəli fəaliyyəti ilə təmin olunmur. Bakı, həmçinin şəhər infrastrukturuna investisiya yatırımları üçün təhlükəsiz şəhərdir”, - deyə o bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Özbəkistan biznes nümayəndələrini Azərbaycanın paytaxtında birgə layihələrin həyata keçirilməsinə dəvət edib.
“Şəhərimizdə, şəhər meydançalarımızda əməkdaşlığa dəvət edirik”, - deyə E.Əzizov vurğulayıb.























































