Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
“Green Card” udduğundan ərizə yazaraq vəzifəsindən gedibmiş
Ravil Tağıyev Yeni Klinikanın İqtisadi məsələlər üzrə direktor müavini vəzifəsindən ayrılmasının səbəblərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, İqtisadiyyat.az-a açıqlamasında Yeni Klinikadakı işindən öz xahişi ilə ayrıldığını bildirib.
İşdən ayrılmasına qərar verməsinin iki başlıca səbəbinin olduğunu vurğulayan Ravil Tağıyev deyib ki, böyük övladı bu ildən ABŞ-nin Florida ştatında ali təhsil almağa başlayır. Özü isə hələ ötən ilin may ayında “Green Card” proqramının qalibi olub. Buna görə də o bu ilin iyul ayında öz istəyi ilə vəzifəsindən ayrılması ilə əlaqədar ərizə yazıb.
“İyulun 31-də rəhbərlik mənim ərizəmə müsbət cavab verib. Baxmayaraq ki, klinikanın yeni rəhbərliyi də mənim qalmağımı istəyirdi. Təkcə Yeni Klinika deyil, uzun illər dərs dediyim İqtisad Universiteti və son günə gədər işlədiyim Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rəhbərliyi də fəaliyyətimi həmişə yüksək qiymətləndirib və hər üç qurumun rəhbərliyindən də çox məmnunam”, - R.Tağıyev vurğulayıb.
Xatırladaq ki, Ravil Tağıyev dövlət xətti ilə doktorantura ixtisası üzrə (Səhiyyə təşkilatlarının idarə edilməsi) Türkiyədə təhsilinə icazə verilən ilk azərbaycanlıdır.
O, Azərbaycan tarixində ilk dəfə bu ilin iyul ayının əvvəlində Bakıda keçirilmiş və 10 ölkənin təmsil olunduğu 1-ci Türkdilli, 1-ci Xəzəryanı və 1-ci Beynəlxalq Səhiyyə Menecmenti Konqresinin təşkilat komitəsinin sədri olub.
Ravil Tağıyev Yeni Klinikada çalışdığı dövrdə də paralel olaraq elmi-pedoqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Dövlət İqtisad Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) ixtisası üzrə müəllim kimi fəaliyyət göstərib.
Azərbaycanda və xaricdə bir çox məqalələri yayımlanan Ravil Tağıyev eyni zamanda 4 dissertasiya işinin rəhbəridir.























































