Menu
Xəbər Lenti
Bu gün 5 matç var
28-10-2026, 10:30

Bu gün 5 matç var

İsmail Kartal qəza etdi
28-10-2026, 09:33

İsmail Kartal qəza etdi

16 May 2026 13:28Manşet / Sosial

Kardiologiya İnstitutunda - Yeni təyinat

 

Tanınmış kardioloq Afiyəddin İsgəndərova yeni vəzifə verilib.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev Əmr imzalayıb.

Əmrə əsasən, A.İsgəndərov Səhiyyə Nazirliyinin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Müalicə işləri üzrə direktor müavini - baş həkimi təyin edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında A. İsgəndərov öz xahişi ilə “Bilgəh” Kardioloji Sanatoriyasının direktoru vəzifəsindən ayrılıb. Hazırda “Bilgəh” Kardioloji Sanatoriyasının direktoru vəzifəsini Ləman Məlikova icra edir.