ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
“SİMA İmza” “AFB Bank”ın rəqəmsal xidmətlərinə inteqrasiya olundu
SİMA yeni nəsil rəqəmsal imza “AFB Bank”ın bir sıra rəqəmsal bank xidmətlərinə inteqrasiya olunub.
“Qafqazinfo” xəbər verir ki, inteqrasiya nəticəsində müştərilər filiala getmədən, bankın müxtəlif xidmətlərindən elektron formada yararlana bilirlər.
Belə ki, “SİMA İmza” artıq “AFB Mobile” tətbiqində əmanətlərin yerləşdirilməsi, mikro kreditlərin rəsmiləşdirilməsi və nağd kreditlərin götürülməsi xidmətlərində tətbiq edilir. Bununla yanaşı, “AFB Mobile”da mövcud və yeni müştərilərin qeydiyyatı və rəqəmsal kartların sifarişi proseslərində də “SİMA İmza”dan istifadə olunur.
Bu inteqrasiya müştərilərə bank xidmətlərindən istifadə zamanı şəxsiyyətlərini rəqəmsal şəkildə təsdiqləməyə və tələb olunan sənədləri elektron formada imzalamağa imkan verir. Nəticədə bir sıra bank əməliyyatlarını filialdan kənarda, daha rahat və çevik şəkildə həyata keçirmək mümkün olur.
“SİMA İmza”nın bank xidmətlərinə inteqrasiyası bank əməliyyatlarının rəqəmsallaşdırılmasına və müştəri təcrübəsinin sadələşdirilməsinə xidmət edir. Eyni zamanda, kağız sənədləşməsinin və əlavə sənəd dövriyyəsinin azalmasına, bank xidmətlərindən məsafədən istifadə imkanlarının genişlənməsinə şərait yaradır.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.























































