Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Daha 5 qurum “SİMA İmza”nın tərəfdaşı oldu
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “AzInTelecom” tərəfindən yaradılmış SİMA rəqəmsal imza daha 5 qurum tərəfindən elektron xidmətlərə inteqrasiya edilib.
“Qafqazinfo” xəbər verir ki, SİMA ilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurumlar “Caspian Drilling Company”, “ESAM İnnovations”, “ASEL Kredit” BOKT, Manato.az kredit platforması, “Foriella Mebel” MMC və şirkəti olub.
Dənizdə qazma əməliyyatları üzrə peşəkar şirkət olan “Caspian Drilling Company”, eləcə də Proqram təminatının inkişafı və İT Həlləri xidmətlərinin göstərilməsində ixtisaslaşmış “ESAM İnnovations” şirkətləri öz daxili platformasına giriş prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.
Azərbaycanın bir çox bölgəsində ofisləri olan “ASEL Kredit” təşkilatı və Manato.az onlayn kredit platformasında mikrokreditlərin verilməsi zamanı müqavilələrin “SİMA İmza” vasitəsilə onlayn formada imzalanmasını təmin edib. Bundan başqa, “Foriella Mebel” şirkəti də müştərilərə kreditlə satış prosesini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.
Bununla da SİMA yeni nəsil rəqəmsal imza ilə tərəfdaş olan qurumların sayı 75-ə çatıb.
Qeyd edək ki, SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı ətraflı məlumatı sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.























































