Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” mobil tətbiqinin yüklənmə sayı 2 milyonu ötüb.
“Qaazinf” xəbər verir ki, 2022-ci ildə istifadəyə verilmiş tətbiq vasitəsilə vətəndaşlara, fərdi sahibkarlara və hüquqi şəxslərə SİMA yeni nəsil rəqəmsal imzanın üstünlükləri təqdim olunur.
SİMA-da tətbiq edilən süni zəka və biometrik eyniləşdirmə elektron imza sektorunda etibarlılıq amilini yüksək səviyyəyə çatdırıb. Üztanıma texnologiyası isə tətbiqdən sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir.
Hüquqi olaraq əl imzasına bərabər sayılan “SİMA İmza” ilə hazırda 50-dən çox qurum öz xidmətlərini rəqəmsallaşdırıb. 150-ə yaxın dövlət elektron portalına giriş təmin edilib. Müxtəlif sahələr üzrə fəaliyyət göstərən 100-dən artıq qurumla inteqrasiya davam etdirilir.
“SİMA İmza” vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığına son qoyub. İnternetə çıxış olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə “SİMA İmza” tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyat təkcə şəxsiyyət vəsiqəsi ilə 1 dəqiqə ərzində yekunlaşır.
İstənilən sistemə inteqrasiya oluna bilən “SİMA İmza” qurumlar üçün limitsiz sayda imzalama imkanı qazandırır. Bununla həm xərclərə, həm də vaxta qənaət edilir. Fiziki müraciətlərin qəbulu üçün əlavə işçi və kağız sənədlər saxlamağa, onları arxivləşdirməyə ehtiyac qalmır. Uzun və yorucu növbə prosesləri aradan qalxır. SİMA rəqəmsal imza ölkənin rəqəmsal transformasiyasını sürətləndirir. “SİMA İmza” mobil tətbiqi dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, həm də şəxslərin rəqəmsal hökumət konseptindəki rolunun aktivləşməsinə təkan verir.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.























































