ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Rasim müəllimə şərəfli ömür yolunda həmkarlarından dərin ehtiram və xoş arzular
Rasim müəllim Siz uzun illər ərzində neft sənayesində vicdanla və məsuliyyətlə çalışaraq öz əməyiniz, zəhmətsevərliyiniz və peşəkarlığınızla kollektivimizin dəyərli üzvlərindən biri olmusunuz. Çalışdığınız illər ərzində göstərdiyiniz sədaqət, insanlarla səmimi münasibət və işinizə məsuliyyətli yanaşmanız həmkarlarınız tərəfindən daim yüksək qiymətləndirilib.
Sizin həyat yolunuzda Vətənə xidmət xüsusi yer tutur. I Qarabağ müharibəsində iştirakınız, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə göstərdiyiniz cəsarət və fədakarlıq hər zaman böyük ehtiramla xatırlanır. Siz həm əmək fəaliyyətiniz, həm də Vətən qarşısındakı xidmətlərinizlə özünüzdən layiqli və unudulmaz iz qoymusunuz.
Bu gün həyatınızın çətin sınaqlarından birini keçdiyiniz bir vaxtda ən böyük arzumuz Sizə möhkəm cansağlığı, mənəvi güc, səbir və tezliklə sağlamlığınıza qovuşmağınızdır. İnanırıq ki, illər ərzində göstərdiyiniz iradə, mübarizlik və həyat eşqi bu çətin günlərdə də Sizə güc verəcəkdir.
Arzu edirik ki, qarşıdakı günləriniz xoş xəbərlərlə, doğmalarınızın sevgisi, dostlarınızın və həmkarlarınızın dəstəyi ilə əhatə olunsun. Hər yeni gün Sizə ümid, ruh yüksəkliyi və sağlamlıq gətirsin.
Rasim müəllim, Siz uzun illər bu kollektivin bir parçası olmusunuz. Əməyiniz, insanlığınız və keçdiyiniz şərəfli həyat yolu bizim üçün daim böyük dəyər daşıyacaqdır.
Allah Sizə şəfa versin, gücünüzü və ümidinizi daim artırsın!
Rasim müəllim Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Fəxri fərman” və qiymətli hədiyyə ilə təltif edilmiş, bu mükafat onun uzun illər ərzində göstərdiyi zəhmətə verilən dəyərin və kollektivin ona olan ehtiramının ifadəsidir.
Hörmətlə, “Shirvan Operating Company LTD” Şirkətinin kollektivi























































