Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradovun 28 May – Müstəqillik Günü Münasibətilə təbriki və dövlətçilik dəyərlərinə sədaqət nümunəsi
Vaqif Abdullayev: 28 MAY siyasi təqvimdə Türk tarixi üçün uğur hekayəsi sayıla bilər.
İsmayıllı RİH-nin başçısı Nahid Bağırov 28 May – Müstəqillik Günü münasibəti ilə təbriki
Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
Səhiyyədə peşəkarlıq və humanizm nümunəsi – Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov
“Həyatını şəfa verməyə həsr etmiş Adil Cəbiyev 75 yaşını qeyd edir”
Bu gün Adil Cəbiyev ömrünüzün 75-ci baharını qeyd edir. Ömrün bu zirvəsi həm bir insanın şəxsi həyat yolunun, həm də onun cəmiyyət və dövlət üçün göstərdiyi xidmətlərin rəmzidir. Əslən Azərbaycanın dilbər güşələrindən olan Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açaraq ömrünüzü xalqımıza, onun sağlamlığına və rifahına həsr etməyiniz böyük fədakarlıq nümunəsidir. Uşaqlıq illərindən zəhmətsevər, işgüzar və insanlara fayda vermək arzusu ilə böyümüsünüz. Bu yol Sizə həkim peşəsini seçmək kimi müqəddəs bir vəzifə bəxş edib.
Həkim olmaq sadəcə bir ixtisas deyil, bu, insan həyatının xilaskarı olmaq, hər gün insanlara ümid, şəfa, yaşamaq sevinci bəxş etməkdir. Siz də uzun illər boyu səhiyyə sahəsində yorulmadan çalışaraq yüzlərlə, minlərlə insana sağlamlıq bəxş etmisiniz. Əmək fəaliyyətiniz boyu qazandığınız hörmət, insanların Sizə göstərdiyi etimad bunun bariz sübutudur. Adil müəllim deyəndə hər kəsin yadına işinə məsuliyyətlə yanaşan, xəstələrinə həssaslıqla, mərhəmətlə yanaşan, peşəsini vicdanla yerinə yetirən bir həkim obrazı gəlir.
Sizin həyat yolunuzun bir başqa qürurverici səhifəsi də Azərbaycanın tibb elminə və səhiyyə sahəsinə böyük töhfələr vermiş görkəmli alim, Masallı rayonunun ilk tibb elmləri doktoru, professor Əvəz Cəbiyevin qardaşı oğlu olmağınızdır. Əminizin adını daşıyan Masallı Rayon Mərkəzi Xəstəxanası bu gün də yüzlərlə insana xidmət göstərir və bu, Sizin ailənin elmə və səhiyyəyə verdiyi töhfələrin daimi yadigarıdır. Siz öz əməyinizlə həmin şərəfli yolun davamçısı olmusunuz.
Bu gün 75 illik ömrünüzə nəzər salanda fəxrlə deyə bilərsiniz ki, həyatınızı mənalı yaşamısınız. Siz yalnız peşəkar həkim kimi deyil, həm də ailəsinə, dostlarına, həmkarlarına sadiq bir insan kimi tanınırsınız. Doğmalarınız Sizi ailə dəyərlərinə bağlı, mərhəmətli və qayğıkeş bir insan kimi tanıyır. Dostlarınız və həmkarlarınız isə hər zaman Sizin dürüstlüyünüzü, sadəliyinizi, mehribanlığınızı yüksək qiymətləndiriblər.
Bu əlamətdar gündə Sizi ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və yeni-yeni uğurlar arzulayırıq. İllər Sizə yalnız müdriklik, zəngin həyat təcrübəsi və böyük hörmət qazandırıb. Sizin simanızda gənc nəsil üçün örnək olan bir ziyalı, vətəninə xidmət edən bir insan görürük.
Arzumuz budur ki, qarşıdakı illəriniz də sağlamlıqla, xoşbəxtliklə, doğmalarınızın məhəbbəti və dostlarınızın hörməti ilə keçsin. Sizin həyat yolunuz, zəhmətkeşliyiniz və peşənizə sədaqətiniz hər zaman gənclərə nümunə olsun.
Ad gününüz mübarək, əziz Adil müəllim! 75 illik yubileyiniz yeni uğurların, sağlamlığın və sevinclərin başlanğıcı olsun!
Təbrik edirik!
Fərid Faiqoğlu
“Xezertv.info”nun baş redaktoru
AJB-nin üzvü























































