Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
“Azərbaycanın qələbəsi Ermənistanın müstəqilliyini möhkəmlətdi”
“ABŞ-nin moderatorluğu ilə Azərbaycanla Ermənistan arasında imzalanan Vaşinqton Sazişindən düz bir il keçir. Bu 1 il ərzində Azərbaycan-Ermənistan müasibətləri xeyli dərəcədə normallaşıb, sülh bərqərar olub, logistik və ticari münasibətlər yaranıb, üçüncü ölkələrin iştirakı olmadan dialoq başlayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli sosial şəbəkə hesabında bildirib.
“Bütün bunlar ona görə baş verdi ki, birincisi, moderator ABŞ oldu, ikincisi, Rusiya Cənubi Qafqazda zəiflədi, üçüncüsü isə Azərbaycan tarixi hərbi qələbəyə nail oldu.
Azərbaycanın qələbəsi, nə qədər qəribə səslənsə də, Ermənistanın müstəqilliyini və suverenliyini möhkəmlətdi, yükünü azaltdı, işğal və münaqişənin yaratdığı iqtisadi xərcləri sıfırladı.
ABŞ-də məhz 8 avqust tarixində belə bir sənədin imzalanmasının böyük simvolik əhəmiyyəti də var idi – 2008-ci ildə Kreml Gürcüstana təcavüz etdi, 20% de-fakto işğal etdiyi torpaqları de-jure tanıdı və bu, Moskvanın bölgədə dominantlığını xeyli artıran faktora çevrildi.
Cəmi 17 il sonra eyni tarixdə Vaşinqtonda atılan imzalar Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu xeyli zəiflətdi, Kremlin bölgəmizlə bağlı planlarını pozdu. Rusiyanın Cənubi Qafqazda zəiflədilməsi, sıxışdırılması da Azərbaycan-Türkiyə münasibətlərinin tarixi sıx səviyyəyə yüksəlməsi ilə baş verdi. Bu gün Cənubi Qafqazda Rusiya zəifdirsə, zəifləməkdə də davam edirsə, bunun müəllifi Azərbaycan və Türkiyə ittifaqı, bu münasibətlərin yaratdığı sağlam təməldir.
İnanmaq istərdim ki, 2027-ci il bütün formal məsələlərin həlli ili olacaq, Cənubi Qafqazda sülh və əməkdaşlıq dərinləşəcək, günün birində dost Gürcüstan da öz ərazi bütovlüyünü bərpa edəcək, bölgəmiz iqtisadi, siyasi, mədəni əməkdaşlıq coğrafiyasına çevriləcək”, - partiya sədri qeyd edib.






















































