Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“Vaşinqton razılaşmasında Trampın rolu kifayət qədər böyükdür”
“Vaşinqton razılaşmasından keçən 1 il göstərdi ki, Azərbaycan tamamilə haqlı idi və bu yolda atdığı addımlar tam sülhə, regionda təhlükəsizliyin təmin olunmasına yönəlib”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra regionda sülhün bərpa olunmasında maraqlı idi.
“Suverenliyin bərpasından sonra da bir sıra layihələrlə sülh istiqamətində ilk addımlarımızı atmışdıq. Ermənistan da başa düşdü ki, regionda böyük bir oyunçu ilə üzləşir. Onu məcburiyyət qarşısında qoyduq. Bir il bundan əvvəl Vaşinqtonda paraflanmış sənəd göstərir ki, bizim həm hərbi, həm də diplomatik sahədə atdığımız addımlar tam reallığa və həqiqətə uyğun idi”, - politoloq qeyd edib.
.jpg)
F.Sadıqov vurğulayıb ki, Vaşinqton razılaşmasında ABŞ Prezidenti Donald Trampın rolu kifayət qədər böyükdür: “Bununla belə, bizim apardığımız əsas diplomatiya, dövlət başçısı tərəfindən atılan çox mühüm addımlar sülh sənədinin paraflanmasına gətirib çıxarıb. Yəni biz onlara sübut edə bildik ki, təməlli sülhün və təhlükəsizliyin tərəfdarıyıq. Həmçinin əgər Ermənistan bundan sonra da dalan vəziyyətinə düşmək istəmirsə, gərək düzgün yol seçsin. Ötən bir il ərzində onların da bəzi addımlar atdığını görə bildik. Amma Ermənistan tərəfindən həll olunmalı olan bütün məsələlər həllini tapmalıdır”.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sənədlər imzalanıb. Həmin gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in razılaşdırılmış mətnini paraflayıblar. Ardınca liderlərin iştirakı ilə Birgə Bəyannamə imzalanıb.























































