İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
İnsan hüquqları hər bir demokratik və hüquqi dövlətin əsas dayaqlarından biridir. Hər bir vətəndaşın azad yaşamaq, təhlükəsizliyini təmin etmək, şərəf və ləyaqətini qorumaq hüququ olduğu kimi, qanunlara riayət etmək və cəmiyyət qarşısında məsuliyyət daşımaq borcu da vardır. Azadlıq böyük nemətdir və bu nemətin qorunması hər birimizin davranışından, qanunlara münasibətindən və vicdanlı həyat tərzindən asılıdır.
Beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov bildirib ki, insan hüquqlarının etibarlı müdafiəsi yalnız qanunun aliliyinə hörmət göstərilən cəmiyyətlərdə mümkündür. Hüquqi dövlətin gücü vətəndaşların qanunlara hörmət etməsində, hüquq və vəzifələrini düzgün dərk etməsində özünü göstərir.
İsmayıl Zalov vurğulayır ki, heç bir insan cinayət törətməklə öz gələcəyini təhlükə altına atmamalıdır. Qanunu pozan hər bir şəxs qanun qarşısında məsuliyyət daşıyır və törətdiyi əmələ görə cavab verməlidir. Bu, hüquqi dövlətin dəyişməz prinsipidir. Qanun hamı üçün bərabərdir və hər kəs bu prinsipi rəhbər tutmalıdır.
Onun sözlərinə görə, Allahın insanlara bəxş etdiyi ömür ən qiymətli nemətlərdən biridir. Bu ömrü mənalı işlərə, ailəyə, elmə, təhsilə, vətənə xidmətə, xeyirxah əməllərə və cəmiyyətin inkişafına həsr etmək hər bir insanın ən doğru seçimidir. Cinayət, zorakılıq, hüquq pozuntuları və qanunsuz əməllər isə həm insanın öz taleyini, həm də ailəsinin və yaxınlarının həyatını çətinləşdirir.
İsmayıl Zalov qeyd edir ki, azadlığın dəyəri onu itirdikdən sonra daha dərindən hiss olunur. Buna görə də hər bir vətəndaş qanunlara əməl etməli, hüquqlarını bilməklə yanaşı başqalarının da hüquq və azadlıqlarına hörmət etməlidir. Cəmiyyətin təhlükəsizliyi, sabitliyi və inkişafı məhz qanuna hörmət edən və məsuliyyətli insanların sayəsində təmin olunur.
Beynəlxalq hüquq eksperti gənclərə də xüsusi müraciət edərək onları elmə, biliyə, zəhmətə və yüksək mənəvi dəyərlərə üstünlük verməyə çağırır. O bildirir ki, sağlam düşüncəli, vətənpərvər və qanunlara hörmət edən gənclər dövlətin gələcəyinin ən etibarlı təminatıdır.
İsmayıl Zalov bütün vətəndaşlara müraciət edərək deyir:
"Gəlin qanunları pozmayaq, cinayət törətməyək, insan hüquqlarına və qanunun aliliyinə hörmət edək. Azadlığımızın qədrini bilək, çünki azadlıq insanın ən böyük sərvətlərindən biridir. Allahın bizə bəxş etdiyi ömrü xeyirxah əməllərlə, halal zəhmətlə, ailəmizə, dövlətimizə və cəmiyyətimizə faydalı olmaqla dəyərləndirək. Hüquqa hörmət edən, vicdanlı və məsuliyyətli cəmiyyət qurmaq hər birimizin ortaq vəzifəsidir."
Qanunun aliliyi, insan hüquqlarının qorunması və vətəndaş məsuliyyəti güclü dövlətin və sağlam cəmiyyətin əsas sütunlarıdır. Hər bir insan qanunlara əməl etməklə yalnız öz hüquqlarını deyil, həm də gələcək nəsillərin təhlükəsiz, ədalətli və firavan cəmiyyətdə yaşamaq hüququnu qorumuş olur.
Müəllif: Arhd.Mediya İnformasiya Agentliyinin Ağsu rayon üzrə rəsmi nümayəndəsi Ramil Abışov






















































