Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
İSMAYIL ZALOV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN — HÜQUQUN ALİLİYİNƏ, İNSAN HÜQUQLARINA VƏ ƏDALƏT PRİNSİPLƏRİNƏ SADIQ İKİ QARDAŞ DÖVLƏT”
ARHD.MEDİYA İnformasiya Agentliyinin rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru, “Zalov İmza TV” Alyansının rəhbəri, beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov qardaş ölkə Türkiyə Cümhuriyyətində insan hüquq və azadlıqlarının qorunması, hüquqların bərpası və ədalətin təmin olunması istiqamətində həyata keçirilən hüquqi fəaliyyət barədə fikirlərini bölüşüb.
İsmayıl Zalov bildirib ki, Türkiyə Cümhuriyyətində hüququn aliliyinə, insan hüquqlarının müdafiəsinə və vətəndaşların qanuni mənafelərinin qorunmasına böyük diqqət yetirilir. Onun sözlərinə görə, müxtəlif şəhərlərdə yerləşən məhkəmə və hüquq qurumlarında şəxsən iştirak etməsi, hüquqi prosesləri yaxından izləməsi bu qənaətini daha da möhkəmləndirib.
Beynəlxalq hüquq eksperti qeyd edib:
“Qardaş ölkə Türkiyə Cümhuriyyətində insan hüquqları yüksək səviyyədə qorunur, pozulmuş hüquqların bərpası və ədalətin təmin olunması istiqamətində mühüm hüquqi mexanizmlər fəaliyyət göstərir. Mən özüm şəxsən Türkiyənin İstanbul Ədalət Məhkəməsində, İzmir məhkəmələrində və Ankara Ədalət Sarayında keçirilən hüquqi proseslərdə iştirak etmişəm. Bu proseslərdə əldə etdiyim müşahidələr bir daha göstərdi ki, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların hüquqi müraciətlərinə həssas yanaşılması və ədalətin təmin olunması hüquqi sistemin əsas istiqamətlərindəndir.”
İsmayıl Zalov vurğulayıb ki, hüquqi dövlətin əsas göstəricilərindən biri insan ləyaqətinə hörmət, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ədalətli məhkəmə araşdırmasının təmin olunması və hər bir şəxsin qanun qarşısında bərabərliyidir.
Onun fikrincə, Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq münasibətləri yalnız ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərə deyil, həm də qarşılıqlı hörmətə, hüquqi əməkdaşlığa və ümumi milli maraqlara əsaslanır.
Beynəlxalq hüquq müdafiəçisi Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət olduğunu xüsusi vurğulayaraq bildirib:
“Azərbaycan Respublikası demokratik, hüquqi və dünyəvi dövlətdir. Ölkəmizdə insan hüquqlarının, insan azadlıqlarının və vətəndaşların qanuni mənafelərinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının məhkəmələri və hüquq-mühafizə orqanları vətəndaşların müraciətlərinə baxılması, hüquqlarının müdafiəsi və ədalətin təmin olunması istiqamətində mühüm fəaliyyət göstərirlər.”
İsmayıl Zalov qeyd edib ki, o, müxtəlif beynəlxalq hüquqi platformalarda və Avropa məhkəmə institutlarında çıxışları zamanı Azərbaycan dövlətinin demokratik və hüquqi dövlət olduğunu, ölkədə insan hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət göstərildiyini dəfələrlə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq hüququn ümumi prinsiplərinə, insan hüquqlarının müdafiəsi sahəsində qəbul olunmuş hüquqi normalara və hüququn aliliyi prinsiplərinə sadiqdir. Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsi, hüquqi təminatların genişləndirilməsi və insanların qanuni hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.
İsmayıl Zalov bildirib ki, Azərbaycan və Türkiyə arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri bu gün bütün dünyaya nümunədir. Bu münasibətlərin ideoloji və mənəvi təməlini Ümummilli Lider Heydər Əliyev qoyub.
Ulu Öndər Heydər Əliyevin dünyaya bəyan etdiyi:
“Bir millət, iki dövlət!”
kəlamı Azərbaycan–Türkiyə qardaşlığının ən dolğun ifadəsinə çevrilib. Bu tarixi fikir iki qardaş ölkə arasında mövcud olan sarsılmaz birliyin, qarşılıqlı dəstəyin, etimadın və həmrəyliyin əsas mənəvi dayağıdır.
Bu gün Azərbaycan və Türkiyə dövlətləri siyasi, iqtisadi, hüquqi, hərbi, mədəni və humanitar sahələrdə bir-birinə yaxın tərəfdaş olmaqla yanaşı, bütün məsələlərdə bir-birinin yanında dayanır. İki dövlət arasındakı münasibətlər qarşılıqlı hörmətə, milli maraqlara və ortaq gələcək məqsədlərinə əsaslanır.
İsmayıl Zalov vurğulayıb ki, insan hüquqlarının qorunması, ədalətin təmin olunması və hüququn aliliyinin möhkəmləndirilməsi həm Türkiyə, həm də Azərbaycan üçün mühüm dövlət və cəmiyyət məsələsidir.
Onun sözlərinə görə, hüququn üstünlüyü yalnız məhkəmə zallarında deyil, cəmiyyətin bütün sahələrində öz əksini tapmalıdır. İnsan hüquqlarına hörmət, vətəndaşların azadlıqlarının qorunması, qanunun aliliyinin təmin olunması və ədalət prinsiplərinə sadiqlik güclü dövlətin əsas göstəricilərindəndir.
Beynəlxalq hüquq eksperti İsmayıl Zalovun Türkiyə Cümhuriyyətində müxtəlif hüquqi proseslərdə iştirakı, hüquq sisteminin fəaliyyətini yaxından izləməsi və əldə etdiyi təcrübələr Azərbaycan–Türkiyə hüquqi əməkdaşlığının, dostluğunun və qardaşlığının daha da möhkəmlənməsinə töhfə verir.
Azərbaycan və Türkiyə bir millətin iki qüdrətli dövləti olaraq bundan sonra da dostluq, qardaşlıq, həmrəylik və qarşılıqlı dəstək prinsiplərinə sadiq qalacaq, insan hüquqlarının qorunması, ədalətin təmin olunması və hüquqi əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyətlərini davam etdirəcəklər.
Yaşasın Azərbaycan–Türkiyə qardaşlığı!
Bir millət, iki dövlət — əbədi birlik, sarsılmaz qardaşlıq!
Müəllif: Arhd.Mediya İnformasiya Agentliyinin Ağsu rayon üzrə rəsmi nümayəndəsi Ramil Abışov


























































