Menu
Xəbər Lenti
Səlim Müslümova ağır itki
28-11-2026, 11:59

Səlim Müslümova ağır itki

O da “Yeraltı”na keçir
26-11-2026, 09:58

O da “Yeraltı”na keçir

Bu rüsum 4 dəfə azaldılır
25-11-2026, 10:32

Bu rüsum 4 dəfə azaldılır

Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 10:40

Şahbaz Şərif Rusiyaya gedir

27 İyul 2026 11:46Manşet / Dünya

Netanyahu Vaşinqtonun təzyiqinə müqavimət göstərəcəyini açıqlayıb

 

“ABŞ İsraildən ordusunu Qəzza, Suriya və Livan cəbhələrindən geri çəkməsini tələb edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bununla bağlı İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetini məlumatlandırıb. 

Məlumata görə, Vaşinqton İsrail Müdafiə Qüvvələrinin mərhələli şəkildə üç cəbhədən geri çəkilməsində maraqlıdır, lakin söhbətin qoşunların tam, yoxsa qismən çıxarılmasından getdiyi açıqlanmır.

Bununla belə, Netanyahu Vaşinqtonun bu təzyiqinə müqavimət göstərmək niyyətində olduğunu deyib. 

“Mən onlara yox deyəcəyəm”, - Baş nazir ABŞ-yə planlaşdırılan səfərindən əvvəl söyləyib.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə 27 iyulda Vaşinqtona səfər edəcək. Netanyahunun 28 iyulda Ağ Evdə Trampla görüşü nəzərdə tutulub.