“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
“Tehran bizimlə razılığa gəlmək istəyir”
“İranın çox az dronu qalıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) Vaşinqtonda keçirilən şam yeməyində deyib.
Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini bildirib. O, həmçinin Vaşinqtonun İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verməyəcəyini vurğulayıb.
O, İrana qarşı həyata keçirilən hücumların uğurlu olduğunu deyib: “Hər şey çox yaxşı gedir. Saxta xəbərlərə inanmayın”.
Tramp bildirib ki, hücumlar nəticəsində İranın hava və dəniz qüvvələrinə ağır zərbə vurulub: “250 təyyarə və 159 gəmi məhv edilib. Onlar yaxşı gəmilər idi, istifadə edə bilərdik. Amma indi hamısı dənizin dibindədir. Radarları da yoxdur. Gördüyünüzün əksinə olaraq, İranın çox az dronu qalıb. Onlardan, demək olar ki, heç nə qalmayıb”.
İranla aparılan danışıqlara da toxunan Tramp bildirib ki, Tehran administrasiyası ABŞ ilə razılığa gəlmək niyyətindədir: “Hazırda bizimlə danışırlar, razılaşmaq istəyirlər. Düşünürəm ki, hələ tam hazır deyillər, vaxtı deyil, amma mən onları dinləməyə hazıram”.
ABŞ Prezidenti İranın nüvə proqramı ilə bağlı mövqeyini bir daha təkrarlayıb: “Biz Vaşinqtonun, şəhərlərimizin, İsrailin və ya ümumiyyətlə, Yaxın Şərqin nüvə silahı ilə məhv edilməsini istəmirik. Buna imkan verməyəcəyik. Məsələ bundan ibarətdir – İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyik”.























































