Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“İranla mini-müharibədəyik”
“İranla mini-müharibədəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kiçik biznesin inkişafına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
O, İranın hərbi potensialının zəif olduğunu vurğulayıb.
“Hazırda işlər çox yaxşı gedir. Onların nə donanması, nə hava qüvvələri, nə zenit topları, nə radarları, nə liderləri var”, - Tramp bildirib.
Ağ Ev rəhbəri İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini də vurğulayıb və əvvəlki prezidentlərin bu addımı atmalı olduğunu, amma bunu özünün həyata keçirdiyini qeyd edib.
ABŞ Prezidenti həmçinin İranla təxminən altı həftədir davam edən gərginliyi “mini-müharibə” adlandıraraq, bunun uzun sürməyəcəyini əlavə edib. O, bu hərəkətlərin enerji qiymətlərinə müsbət təsir edəcəyini və ABŞ-nin uzun illər müxtəlif müharibələrdə iştirak etdiyini xatırladıb.
“8-9 ildən sonra vəzifəmdən gedəndə bizneslərin vergi güzəştlərindən istifadə edə bilərəm”, - Tramp zarafatla qeyd edib, bu da tədbir iştirakçıları arasında gülüşə səbəb olub.























































