ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Milli Mətbuatın 151 illiyi münasibətilə səmimi təbrik
Əziz media nümayəndələri,
Sizi zəngin və şərəfli tarixə malik Milli Mətbuatımızın 151 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Həqiqətən də Azərbaycan mətbuatı ötən illərdə üzərinə düşən vəzifəni çox layiqincə yerinə yetirib.
Milli Mətbuatımız sadəcə xəbərləri cəmiyyətə çatdıran informasiya vasitəsi deyil, xalqımızın düşüncə tarixini yazan salnaməçi, ictimai rəyin formalaşdırıcısı, milli ideyaların daşıyıcısı, dövlətlə vətəndaş arasında etibarlı körpü və cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm ictimai institut kimi tanınıb.
Sözsüz ki, azad sözün, medianın inkişafında yaradılmış mühit də bu sahənin inkişafında mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyevin mətbuata dəstəyi,
Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı medianın peşəkar fəaliyyətinə təkan verib.
Söz dünyanı dəyişmək gücünə malik sərrast silahdır, Media böyük bir ordudur.
İnformasiya vasitələri, peşəkar media təkcə xəbərləri operativ çatdırmaq funksiyasını yerinə yetirmir, cəmiyyəti düzgün istiqamətləndirir, dövlətin milli maraqlarını qoruyur.
Biz bunun Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə şahidi olmuşuq. Qarabağ savaşı başlayandan həyatlarını riskə ataraq ən qaynar döyüş xətlərindən operativ və düzgün informasiya verməklə, reportajlar hazırlamaqla cəmiyyətimizi dolğun məlumatlarla təmin edirlər. Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov kimi şəhid jurnalistlərimiz həm də qəhrəmanlarımızdır.
Zəfər savaşı dövründə jurnalistlərimiz öz həyatlarını risk altına qoyaraq ilk günlərdən qələm və kameralarını süngüyə çevirərək ən qaynar atəş nöqtələrindən operativ məlumatları tamaşaçılarımıza, izləyicilərimzə çatdırırdılar, onlar da vahid məqsəd uğrunda səfərbər olaraq informasiya müharibəsində erməniləri məğlub etdilər.
Bütün bunlar bir daha təsdiqləyir ki, obyektiv və qərəzsiz informasiya, peşəkar media cəmiyyətin həyatına çox mühüm təsir göstərir.
Sizə hər zaman maraqlı xəbərlər çatdırmağı arzulayır, tükənməz enerji, möhkəm cansağlığı və peşə fəaliyyətinizdə yüksək nailiyyətlər diləyirəm
Sözünüz həmişə kəsərli, qələminiz iti və həqiqətin carçısı olsun!
Əziz jurnalistlər, Bayramınız mübarək!























































