Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Əmanətlərin Sığortalanması Fondunun (Fond) rəsmiləri Rumıniyanın Buxarest şəhərində keçirilmiş Avropa Əmanət Sığortaçıları Forumunun (European Forum of Deposit Insurers – EFDI) 2026-cı il üzrə illik görüşündə iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, illik görüş çərçivəsində təşkil olunmuş İnvestisiyaların Sığortalanması Mexanizmi (İSM) üzrə beynəlxalq konfransda panelist qismində çıxış edən Fondun Sığorta və risklərin idarə edilməsi departamentinin direktoru Cəlal Rayi investisiyaların sığortalanması mexanizmlərinin yaradılmasının əhəmiyyəti, yeni təsis olunan İSM-lərin formalaşdırılması zamanı qarşıya çıxan institusional və hüquqi çağırışlar, eləcə də bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı mövqeyini ifadə edib.
Panel Kanadanın İnvestorların Qorunması Fondunun vitse-prezidenti Ilana Singerin moderatorluğu ilə keçirilmişdir. Müzakirələrdə ABŞ-ın Qiymətli Kağızlar üzrə İnvestor Qoruma Korporasiyasının prezidenti Michael Post, Dünya Bankının aparıcı mütəxəssisi Ana Carvajal və Qərbi Afrika kapital bazarları üzrə mütəxəssisi Ripert Bossoukpe panelist qismində iştirak ediblər.
Əmanətlərin Sığortalanması Fondunun EFDI-ın illik görüşündə təmsil olunması beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və əmanətlərin sığortalanması sahəsində institusional potensialın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Avropa Əmanət Sığortaçıları Forumu (EFDI) əmanətlərin sığortalanması və investorların qorunması sahəsində fəaliyyət göstərən milli qurumları bir araya gətirən, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, peşəkar əməkdaşlığın inkişaf etdirilməsi və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlardan biridir.
























































