Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Prezident Tural Piriyevi yenidən icraçı direktor təyin etdi
Azərbaycan Prezidenti İlham Əliyev Əmanətlərin Sığortalanması Fonduna icraçı direktor təyin edilməsi barədə Sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, bu vəzifəyə yenidən Tural Qüdrət oğlu Piriyev təyin edlib.
"Əmanətlərin sığortalanması haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, Fondun icraçı direktoru və onun müavininin (müavinləri) səlahiyyət müddəti beş ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.
Xatırladaq ki, T.Piriyev 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan "Atabank" ASC-də, 2007-2012-ci illərdə isə "PAŞA Holdinq" MMC-də hüquqşünas kimi çalışıb, eləcə də 2011-2012-ci illərdə holdinqə daxil olan "PAŞA Həyat Slğorta" ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan "Kapital Bank" ASC-nin Hüquq departamentinin direktoru olub.
O həmçinin 2011-2013-cü illərdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb.
T.Piriyev 2016-ci ilin aprel ayından 2020-ci ilin may ayına qədər "PAŞA Holdinq”in Türkiyə üzrə ofisinin rəhbəri olub, eyni zamanda 2017-ci ilin mart ayından 3 il 3 ay müddətində "Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin İdarə Heyətində üzv kimi, 2018-ci ilin iyul ayından isə "PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin İH sədrinin müavini kimi fəaliyyət göstərib, 5 il bundan əvvəl isə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilib.























































