GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Lənkəranda polisin yaranmasının 108-ci ildönümü və peşə bayramı ilə bağlı tədbir keçirilib
İyulun 2-də Lənkəranda Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü və peşə bayramı qeyd olunub. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, ona olan hörmət və ehtiramlarını ifadə ediblər. Tədbirin rəsmi hissəsində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbrik məktubu oxunub.
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında keçirilən rəsmi tədbirdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirov rəhbərlik etdiyi şəxsi heyəti təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar və can sağlığı arzulayıb. Azər Cahangirov polis orqanının yarandığı ilk gündən etibarən bütün tarixi dövrlərdə dövlətin milli maraqlarının müdafiəsində böyük vətənpərvərlik göstərdiyini qeyd edib. Polis rəisi bildirib ki, daxili işlər orqanlarının əməkdaşları ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına, qanunvericliklə müəyyənləşdirilmiş digər vəzifələrin layiqincə yerinə yetirilməsinə tam qadirdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov çıxışında Ulu Öndər Heydər Əliyevin polis orqanlarına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, onların fəaliyyətini yüksək qiymətləndirdiyini, polis peşəsini böyük cəsarət, mətanət, bilik, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli xidmət kimi dəyərləndirdiyini qeyd edib. Onun sözlərinə görə məhz Ümummilli Liderin rəhbərliyi dövründə daxili işlər orqanlarının təşkilati cəhətdən gücləndirilməsi, peşəkar kadrların hazırlanması və qanunçuluğun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
İcra başçısı bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının davamlı şəkildə müasirləşir, maddi-texniki bazası gücləndirilir, beynəlxalq standartlara uyğun inkişaf edir. Azərbaycan Polisi cinayətkarlığa, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığa qarşı qətiyyətlə mübarizə apararaq ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təminatçısı kimi fəaliyyətini uğurla davam etdirir.
Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasəti nəticəsində daxili işlər orqanlarımızın müasir dövrün tələblərinə cavab verən, çevik, peşəkar və Vətənə sədaqətli dövlət təsisatına çevrildiyini vurğulayıb.
Daha sonra polisin yaranmasının 108-ci illiyi ilə bağlı Lənkəran rayon polis işçiləri Veteranlar Şurasının sədri Bəxtiyar Vəliyev və yazıçı, publisist Bəxtiyar Hüseynov çıxış ediblər, sonra fəaliyyətinə dair videorolik nümayiş etdirilib.
Sonda Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin bir qrup üzvünə daxili işlər naziri Vilayət Eyvazovun, Lənkəran ŞİH başçısı Taleh Qaraşovun və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovun sərəncamları ilə fəxri fərmanlar, təşəkkürnamə və pul mükafatları təqdim edilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) kollektivi olaraq daxili işlər orqanlarının əməkdaşlarını təbrik edirik, onlara can sağlığı və asayişin qorunması, dövlətçiliyin möhkəmlənməsi kimi xidməti vəzifələrinin icrasında uğurlar arzulayırıq.























































