Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
12-07-2026, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
12-07-2026, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

02 İyul 2026 20:13Manşet / Gündəm / Sosial

Qəbələ rayonunda polis işçilərinin peşə bayramı qeyd olunub

 

Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü və 2 iyul – Azərbaycan Polisi Günü ilə əlaqədar Qəbələ rayonunda tədbir keçirilib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, üzərinə tər güllər düzərək Ümummilli Liderə dərin ehtiramlarını bildirmişlər. Rayon polis şöbəsində davam edən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və veteran polislər iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəxrəddin Abbasov əlamətdar gün münasibətilə şəxsi heyəti təbrik etmiş, Azərbaycan polisinin keçdiyi tarixi yol haqqında məlumat vermiş, Ulu Öndər Heydər Əliyyevin polis orqanlarına göstərdiyi diqqət və qayğıdan danışmış, bu ənənənin bu gün ölkə rəhbərliyi tərfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edildiyini vurğulamış, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşdiyini bildirmiş, asayiş keşikçilərini Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü  və 2 iyul Azərbaycan Polisi günü münasibətilə təbrik etmişdir. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.


https://qebele-ih.gov.az/az/news/qebele-rayonunda-polis-iscilerinin-pese-bayrami-qeyd-olunub.html