Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
12-07-2026, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
12-07-2026, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

02 İyul 2024 16:12Manşet / Gündəm

Salyanda “2 İyul - Azərbaycan Polisi Gününə” həsr olunmuş tədbir keçirilmişdir

 

Tədbirdə RİH başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin şəxsi heyəti, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək ona hörmət və ehtiramlarını ifadə etmişlər. Tədbirdə məruzə ilə çıxış edən Rayon Polis şöbəsinin rəisi, polkovnik Nəzər Əsgərov polis əməkdaşlarını Azərbaycan Polisi Günü münasibətilə təbrik etmiş və Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.


Tədbirdə RİH başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə polis əməkdaşlarını təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polisin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənən bir qrup polis əməkdaşı Salyan Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ları ilə təltif edilmişdir.