ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Səyyar Gənclər Xidməti bu dəfə Qəbələ gəncləri ilə üçün yola çıxıb
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan "Səyyar Gənclər Xidməti" layihəsi 6–10 iyul tarixlərində Qəbələ rayonunda fəaliyyət göstərərək gənclərə müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edəcək.
Əsas məqsədi ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin tələblərinə uyğun şəkildə cəmiyyətin müxtəlif sahələrində gənclərin iştirakçılığının artırılmasını hədəfləyən, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləyən, gənclər üçün mövcud dövlət dəstəyi mexanizmlərinin regionlarda yaşayan gənclər üçün daha əlçatan olmasına töhfə verən və bu il "Gənclərlə, gənclər üçün" devizi altında təşkil olunan layihənin 6 iyul tarixində Qəbələdə açılış mərasimi baş tutub.
Açıq hava şəraitində baş tutan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev çıxış edərək layihənin region gənclərinin bilik və bacarıqlarının inkişafına verdiyi töhfələrdən, gənclərin karyera və şəxsi inkişaf perspektivlərinin genişləndirilməsi, sosial fəallıqlarının təşviqi, təşəbbüslərinin dəstəklənməsi baxımından layihənin faydalarından bəhs ediblər.
Layihə çərçivəsində gənclər üçün yaradılmış "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonaları iştirakçıların böyük marağına səbəb olub. Gənclər zonalarda onlar üçün təşkil olunmuş vörkşoplarda, ustad dərslərində, viktorinalarda və intellektual yarışlarda fəal iştirak edərək həm yeni biliklər əldə edib, həm də praktiki bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən maarifləndirici sessiyalar təşkil olunub. Peşəkar mütəxəssislərin təqdimatında keçirilən təlimlər zamanı iştirakçılar ixtisas seçimi, karyera planlaşdırılması, şəxsi inkişaf, süni intellekt texnologiyalarının yaratdığı yeni imkanlar və sağlam həyat tərzi mövzularında interaktiv müzakirələrdə iştirak ediblər. Günün sonunda proqram çərçivəsində keçirilən fəaliyyətlərdə yüksək fəallıq nümayiş etdirən gənclər müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, ölkənin ümumilikdə 20 şəhər və rayonunu əhatə edəcək və noyabr ayınadək davam edəcək layihənin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.







Xezertv.info























































