GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Səyyar Gənclər Xidməti Bərdə rayonunda gənclər üçün fəaliyyət göstərəcək

6 iyul 2024-cü il tarixində Bakıdan yola çıxan Səyyar Gənclər Xidməti avtobusunun Ağdaş və Göyçaydan sonra növbəti dayanacağı Bərdə rayonu olub.
Bərdə rayonunda fəaliyyət göstərən Dövlət Peşə Təhsil Mərkəzində baş tutan açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək bildirib ki, gənclərin bilik və bacarıqlarının artırılması, onların karyera quruculuğuna dəstək və sağlam həyat tərzinin təbliği dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Bu layihə bu məqsədlərə çatmaq üçün mühüm rol oynayır. İcraçı direktor gənclərə daha çox dəstək olmaq və onların inkişafına töhfə vermək məqsədilə bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsilinin gənclərin əmək bazarına uğurla inteqrasiya olunması və ölkənin iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edib. Direktor çıxışında bu layihənin gənclərə müxtəlif sahələrdə yeni bacarıqlar və biliklər qazandırmaq üçün yaxşı bir platforma olduğunu bildirib.
Bərdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Daməd Ələkbərov layihənin təşkilatçılarına təşəkkür edib və gəncləri fəal şəkildə bu cür layihələrdə iştirak etməyə çağırıb. O, bu təşəbbüslərin gənclərin həyatında mühüm dəyişikliklər yarada biləcəyini vurğulayıb.
Böyük Qayıdış Gənclər Təşkilatının sədr müavini Əhliyət Mehdiyev və Bərdə rayonundan olan qazimiz Qarabağ ordenli Dursun Manaflı da çıxış edərək, gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsinin vacibliyini qeyd edib.
Açılış tədbirinin bədii hissəsində Qarabağ Regional Mədəniyyət İdarəsinin nəzdində Bərdə rayon 4 nömrəli musiqi məktəbin gənclərinin musiqili çıxışları dinlənilib.
Gənclərin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları baş tutub.

Səyyar Gənclər Xidməti çərçivəsində kənd gəncləri üçün robototexnika, rəsm çəkmə, 3D printer və qələm, tətbiqi şəbəkə sənəti üzrə master-klaslar həyata keçirilib. Gənclər üçün şəxsi anketin (CV) yaradılması xidməti yer alıb.
Əlavə olaraq, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil edilən müxtəlif peşələr üzrə sərgi gənclər tərəfindən maraqla qarşılanıb.
Bunlarla yanaşı, layihədə nəzərdə tutulmuş yarış və oyun proqramları çərçivəsində gənclər arasında vətənpərvərlik mövzusunda “Xəmsə” intellektual oyunu, Azərbaycan xəritəsinin pazl lövhə üzərində qurulması yarışı, stolüstü futbol və labirint yarışı, darts oyun çempionatı, çölçü oyun yarışı, “Jenga” oyunu, kəndir dartma yarışı baş tutub. Yarışlarda fəallıqları ilə seçilən gənclər mükafatlandırılıb.
Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsinin bu il oktyabr ayınadək hər birində 5 gün olmaqla, 10 şəhər və rayonda, eləcə də Naxçıvan Muxtar Respublikasında gənclərə xidmət göstərməsi nəzərdə tutulur.























































