Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Təhsilə və vətənpərvər nəslin yetişməsinə həsr olunmuş ömür- Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova
Xeyirxahlığı ömür amalına çevirən insan – Hacı Tofiq İsayev.

İnsan həyatda qazandığı var-dövlət, tutduğu vəzifə və ya əldə etdiyi uğurlarla deyil, daha çox etdiyi yaxşılıqlar, insanların qəlbində qoyduğu iz və qazandığı dualarla xatırlanır. Elə insanlar var ki, onların ömrü yalnız özləri üçün deyil, cəmiyyət, Vətən və insanlar üçün yaşanmış bir ömür olur. Belə insanların adı hörmətlə çəkilir, xeyirxah əməlləri isə illər keçsə də unudulmur. İmişli torpağının yetirdiyi ləyaqətli insanlardan biri də məhz Hacı Tofiq İsayevdir.
Hacı Tofiq həyatını yalnız şəxsi rifah və maddi uğurlara deyil, xeyirxahlığa, mərhəmətə və insanlara xidmətə həsr edən nümunəvi şəxsiyyətlərdəndir. O, uğurlu iş adamı kimi qazandığı imkanları cəmiyyətin rifahına yönəltməyi özünün mənəvi borcu hesab edir. Çünki o, yaxşı anlayır ki, insanın həqiqi sərvəti sahib olduğu var-dövlət deyil, insanların qəlbində qazandığı sevgidir.
Xeyirxahlıq Hacı Tofiqin həyat fəlsəfəsinin əsasını təşkil edir. O, hər zaman ehtiyacı olan insanların yanında olub, onların sevincini və kədərini özününkü bilib. Kasıb ailələrə, aztəminatlı insanlara, kimsəsizlərə, şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı onun yüksək insani keyfiyyətlərindən xəbər verir. Həyatın çətin sınaqları ilə üzləşən ailələrə maddi və mənəvi dəstək göstərərək onların yenidən həyata bağlanmasına yardım edib. Evsiz ailələrə ev tikdirib, xəstə insanların müalicəsinə kömək göstərib, ümidsiz insanlara ümid, çarəsiz qəlblərə təsəlli olub.
Mərhəmət və xeyirxahlıq yalnız yardım göstərmək deyil, həm də insanların dərdinə şərik olmaq, onların ağrılarını bölüşməkdir. Hacı Tofiq üçün yaxşılıq etmək heç vaxt nümayiş vasitəsi olmayıb. O, etdiyi hər bir xeyirxah işi Allah rizası naminə və insanlıq borcu kimi həyata keçirib. Məhz buna görə də onun adı insanların dilində hörmət və ehtiramla çəkilir.
Allahın razılığını qazanmaq Hacı Tofiqin həyat amallarından biridir. O, dini və mənəvi dəyərlərə dərin bağlılığı ilə seçilir. Müqəddəs Ramazan ayında yüzlərlə insanın iştirak etdiyi ehsan süfrələri təşkil edir, qurbanlar kəsdirərək ehtiyacı olan ailələrə paylayır, yardıma ehtiyacı olan insanların yanında olmağa çalışır. O, inanır ki, bir insanın sevincinə səbəb olmaq, bir yetimin üzünü güldürmək və bir məzlumun duasını almaq dünyanın bütün sərvətlərindən daha qiymətlidir.
Mənəviyyata və milli dəyərlərə sadiqliyi onun həyatının ayrılmaz hissəsidir. Hacı Tofiq oruc tutur, namaz qılır, dini borclarını layiqincə yerinə yetirməyə çalışır. Müqəddəs ziyarətgahlarda olmuş, mənəvi kamillik yolunda daim özünü təkmilləşdirmiş və əldə etdiyi mənəvi zənginliyi yenidən insanlara xidmət etməklə yaşatmışdır.
İmişli rayonunda doğulub boya-başa çatan Hacı Tofiq doğma torpağına və el-obasına hər zaman böyük sevgi ilə bağlı olub. O, Vətənini sevən, dövlətinə sadiq, xalqına dərin rəğbət bəsləyən əsl vətəndaşdır. Onun həyat yolu gənc nəsil üçün vətənpərvərlik, insanpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq nümunəsidir.
Hacı Tofiq ölkəmizdə həyata keçirilən dövlətçilik siyasətini daim dəstəkləyib. O, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına böyük hörmətlə yanaşaraq, bu siyasi kursun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları yüksək qiymətləndirib. Azərbaycanın inkişafını, xalqımızın rifahının yüksəlməsini hər zaman sevinclə qarşılayıb və dövlətimizin daha da güclənməsi naminə həyata keçirilən işləri alqışlayıb.
Hacı Tofiq həm də nümunəvi ailə başçısıdır. O, ailə dəyərlərini həyatının ən böyük sərvətlərindən biri hesab edir. Övladlarını Vətənə, xalqa və milli-mənəvi dəyərlərə bağlı, cəmiyyət üçün faydalı insanlar kimi yetişdirməyə xüsusi önəm verib. Çünki o, yaxşı bilir ki, insanın əsl böyüklüyü yalnız öz uğurları ilə deyil, həm də yetişdirdiyi övladların əxlaqı, cəmiyyətə verdiyi töhfələr və insanların qəlbində qazandığı hörmətlə ölçülür.
Bu gün Hacı Tofiqin adı xeyirxahlığın, mərhəmətin, insan sevgisinin, vətənpərvərliyin və yüksək mənəvi dəyərlərin rəmzi kimi böyük ehtiramla çəkilir. Onun ömür yolu sübut edir ki, insan üçün ən böyük sərvət topladığı var-dövlət deyil, qazandığı dualar, xeyirxah əməllər və insanların qəlbində əbədi yaşatdığı xoş xatirələrdir.
Belə insanlar cəmiyyətin mənəvi dayağı, insanlığın ən gözəl nümunəsidir. Hacı Tofiqin həyat yolu da məhz xeyirxahlığın, nəcibliyin və insanlara xidmətin parlaq təcəssümüdür. Ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və bundan sonra da xeyirxah əməllərini davam etdirmək üçün tükənməz enerji və qüvvət arzulayırıq. Qoy etdiyi bütün yaxşılıqların nuru daim yolunu işıqlandırsın, qazandığı dualar isə onun ən böyük mükafatı olsun.
Elin ağsaqqalı Hacı Tofiq
Dünya bir körpüdür, bir keçid yolu
Yaxşılar dünyanın yükün daşıyır.
Hacı Tofiq adı könüllərdədir,
Sonsuz ümmanlarda ömrün yaşayır.
İmanla bəyib ömür yolunu,
Müqəddəs yerlərin nurunu alıb.
Vətənə bağlıdır, xalqa sevdalı,
Mələklər çiynindən yolunu salıb.
Kasıb süfrəsinə çörəyin qoyub,
Allahın sevdiyi bəndədir Hacı
Nəfsinin quludur, ziyarət əhli,
Tanrı sevdalısı, pirdədir Hacı.
Dərdliyə təsəlli, kasıbın dostu,
Yetimin gözündə ümid çırağı.
Şəhid ünvanında doğma bir insan,
Əzasın itirən qazi dayağı.
Səcdədə ucalan iman sahibi,
Elin ağsaqqalı, varıdır Hacı.
Min-min könüllərdə məskən salıbdır,
İmişli yurdunun oğludur Hacı.
Müəllif: Yasəmən Qəyyumlu
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədri





















































