Menu
Xəbər Lenti
Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

17 yolda tıxac var - Siyahı
17-09-2026, 10:05

17 yolda tıxac var - Siyahı

19 İyun 2026 11:17Manşet / Gündəm / Sosial

“İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik”

 

“İşimizi bir neçə ay əvvəl təhvil versək də, aylardır şirkətdən əməkhaqqımızı ala bilmirik”.

“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə ilə Xəzər TV-yə “Agah” şirkətlər qrupunda çalışan bir qrup şəxs müraciət edib. 

Onların iddiasına görə, şirkət 50-yə yaxın işçinin maaşını ödəmir. Dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır. Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.

Problemlə bağlı açıqlama verən “Agah” şirkətlər qrupunun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığı bildirib.

Şirkət nümayəndəsi həmçinin onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əməkhaqqı ödəniləcək.

Daha ətraflı süjetdə: