Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Ağdaş Olimpiya İdman Kompleksinin direktoru Tahir Umudovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Bonn görüşlərində gərgin müzakirə: İki gündür gecikən gündəliyin təsdiqi necə reallaşdı?
İlham Əliyev Bakıda keçirilən beynəlxalq simpoziumun iştirakçılarına müraciət ünvanlayıb
Fərid Şəfiyev: "TDT-nin növbəti rəsmi Zirvə görüşü oktyabr ayında Bakıda keçiriləcək"
Vətənpərvər veteran, Heydər Əliyev dövrünün böyük ziyalısı Şəddat Cəfərov: "Heydər Əliyev Azərbaycanın xilaskarıdır".
“McDonald’s Azərbaycan” yerli istehsal olan halal mal ətindən tam istifadəyə keçdiyini elan edib
Uğurlu insanlar nəyə görə düyməli telefonlardan istifadə edir - Bilmədiyimizi bilirlər?
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubovun doğum günüdür – TƏBRİK EDİRİK!
Azərbaycanlı bəstəkar və ifacı Aydan Əliyeva – “The World Album”un rəsmi istirakcısı secilib
Maaşınız ən azı bu qədər olmalıdır
2025-ci ilin yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 400 manat məbləğində müəyyən edilib. Yəni işçilərə bu məbləğdən aşağı maaş verilə bilməz. Lakin bu, o demək də deyil ki, hər kəsə 400 manat əməkhaqqı ödənilə bilər. Söhbət ondan gedir ki, bir çox hallarda özəl sektorda çalışan mütəxəssislərə bu məbləğdə əməkhaqqı verilir. Ya da ki, işçinin məvacibi real olaraq yüksək olsa da, rəsmiləşdirmə zamanı minimum haqqı göstərilir.
“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən nomativdir.
Maraqlıdır, bəs əməkhaqları nə qədər olmalıdır?
Minimum əməkhaqqı dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin birinci pilləsini təşkil edir. Ümumilikdə isə 19 dərəcədən ibarət olan cədvəl üzrə ən yüksək əməkhaqqı 1150 manat təşkil edir. Vahid Tarif Cədvəlinin tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Qanunveriliciyə görə, digər müəssisə, idarə və təşkilatların işçilərinin Vahid Tarif Cədvəli əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Yəni hətta özəl müəssisə belə olsa, işçiyə ödənilən əməkhaqqı bu sənəddə göstəriləndən aşağı ola bilməz.
Məsələn, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında” Qərarına əsasən, mühasibin əməyinin ödənilmə dərəcəsi 5-11-ci dərəcələr aralığında müəyyən olunub. Vahid Tarif Cədvəlinə əsasən bu dərəcələr üzrə aylıq vəzifə maaşı 470-600 manat aralığındadır. Həmçinin psixoloq, hüquq məsləhətçisi, redaktor, tərcüməçi üzrə bu göstərici 490-600 manatdır.
Digər vəzifələr üçün isə minimum göstərici aşağıdakılardır:
- Əczaçı 490-550 manat
- Səs rejissoru, rejissor 550-600 manat
- Kassir 450-490 manat
- Mühəndis 490-600 manat
- İqtisadçı 490-600 manat
- Konstruktor 490-650 manat
- Bütün janrlardan olan artistlər 450-700 manat
- Memar 490-650 manat
- Katibə 433 manat
- İnkassator 450-470 manat
- Tibb bacısı 470-575 manat
- Müxtəlif ixtisaslı həkimlər 550-700 manat
- Baytar həkim 550-675 manat
Reallığa gəlincə, bu ilin əvvəlinə olan rəsmi statistikaya əsasən, Azərbaycanda çalışanların çox hissəsi (kiçik fərqlə) özəl sektorda çalışır. Son statistikaya görə, elə dövlət və özəl sektorda olan orta aylıq əməkhaqları arasındakı fərqi də ikincinin xeyrinədir. Lakin emal sənayesi, ticarət, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi kimi sahələrdə özəl sektor dövlət sektorundan geridə qalır.
Ceyhun Həmid