Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Hakimlər Türkiyədə təlim səfərində olublar
Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən hakimlərin biliklərinin artırılması, xarici ölkələrin məhkəmə təcrübələrinin öyrənilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 mart tarixli Sərəncamı ilə respublikanın müxtəlif birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilmiş 34 hakim, Hakimlərin Seçki Komitəsinin üzvü, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Zahid Məmmədov, Məhkəmə-Hüquq Şurasının Aparatının və Ədliyyə Akademiyasının nümayəndələrinin iştirakı ilə cari ilin 7-12 iyun tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində təlim səfərində olublar.
Türkiyənin Ədliyyə Akademiyasında keçirilən təlimlərdə türkiyəli hakimlər tərəfindən hakimlərə Türkiyənin hüquq sistemi, hakimlərin statusu, ixtisaslaşmış məhkəmələrin, habelə ədliyyə, prokurorluq orqanlarının fəaliyyəti barədə məlumat verilib.
Həmçinin səfər çərçivəsində hakimlər və nümayəndə heyəti İstanbul Ədliyyə Sarayında fəaliyyət göstərən məhkəmələri ziyarət edib, yaradılan şəraitlə tanış olublar.
Eyni zamanda hakimlərin asudə vaxtlarının səmərəli təşkili və dünya görüşlərinin artırılması məqsədilə Türkiyənin turizim mərkəzlərinə və tarixi abidələrinə də ziyarəti təşkil edilib.



























































