ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Leyla Əliyeva Bonnda BMT-nin baş katibinin müavini ilə görüşüb
Leyla Əliyeva Almaniyanın Bonn şəhərində BMT-nin baş katibinin müavini və Səhralaşma ilə mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi Yasmin Fuad ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Azərbaycanda ekologiyanın qorunması, torpaq ehtiyatlarından səmərəli istifadə, eləcə də səhralaşma və quraqlıqla mübarizə üzrə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda, IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə və regionda ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və ekoloji dayanıqlılığın təşviqi istiqamətində icra olunan layihə və təşəbbüslər müzakirə olunub. Həyata keçirilən ağacəkmə aksiyalarının, yaşıllıq sahələrinin artırılmasının, mövcud meşə və ağac resurslarının qorunmasının iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, torpaq deqradasiyasının qarşısının alınması və ekoloji tarazlığın qorunması baxımdan əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və sosial-iqtisadi təzahürləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu xüsusda Xəzər dənizində baş verən dəyişikliklərin sahilyanı ekosistemlərə, biomüxtəlifliyə və regionun ekoloji təhlükəsizliyinə mümkün təsirlərinə toxunulub. Məsələnin daha dərindən araşdırılması, həmçinin mümkün birgə həll yollarının müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşdə, həmçinin quraqlıq və səhralaşma kimi proseslərin vaxtında qarşısının alınmasının əhəmiyyəti, eləcə də IDEA İctimai Birliyi ilə UNCCD-nin ətraf mühitin mühafizəsi, quraqlığın və torpaq deqradasiyasının qarşısının alınması və ekoloji maarifləndirmə sahələrində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.























































