Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İqtisadiyyat Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
İqtisadiyyat Nazirliyində təşkil edilmiş “Heydər Əliyevin inkişaf strategiyası – iqtisadi uğurlarımızın təməli” mövzusunda Dəyirmi Masada Ümummilli Liderin zəngin həyat və fəaliyyətindən, Milli Qurtuluş Gününün tarixindən bəhs edilib.
İqtisadiyyat Nazirliyində “Heydər Əliyevin inkişaf strategiyası – iqtisadi uğurlarımızın təməli” mövzusunda Dəyirmi Masa təşkil edilib.
Tədbirdə iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Şahin Sadıqov müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəmiz üçün tarixi xidmətlərindən, Milli Qurtuluş Gününün tarixindən danışıblar. Qeyd olunub ki, 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı siyasi xaos və müstəqilliyini itirmək təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ölkədə sabitlik bərqərar olub, sistemli şəkildə iqtisadi islahatlara başlanılıb.
Müstəqil və qüdrətli Azərbaycanın indiki uğurlarının təməlində məhz həmin dövrdən başlayaraq həyata keçirilən strateji qərarlar dayanır. Bu siyasi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilmiş, milli maraqlarımız etibarlı şəkildə təmin edilmişdir.
Dəyirmi Masa çərçivəsində Yeni Azərbaycan Partiyasına öz müraciətləri əsasında üzv qəbul olunmuş Nazirliyin bir qrup əməkdaşına partiyanın üzvlük vəsiqələri təqdim olunub.


























































