Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
“İranla gələn həftə razılaşma əldə edə bilərik”
“İranla aparılan danışıqlarda irəliləyiş var, gələn həftə razılaşma əldə edə bilərik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “ABC News”a müsahibəsində deyib.
O, atəşkəsin uzadılması və Hörmüz boğazının gəmiçilik üçün tam açılması ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini söyləyib.
“İşlər yaxşı gedir, vəziyyət çox müsbət görünür. Bu gün kiçik bir problem yaransa da, onu qısa müddətdə həll etdik”, - deyə ABŞ Prezidenti bildirib.
Trampın sözlərinə görə, yaranmış gərginlik İran tərəfinin İsrailin Livandakı hərbi əməliyyatlarından narazılığı ilə bağlı olub. ABŞ lideri tərəflərlə təmaslar apardığını və vəziyyətin nəzarətdə saxlanıldığını qeyd edib.
ABŞ Prezidenti İranla mümkün razılaşmanın hərbi qarşıdurmadan daha üstün nəticə verəcəyini vurğulayıb.
“Bu, sadə məsələ deyil. Söhbət böyük və təsirli bir ölkədən gedir. Tərəflər arasında uzun illərdir davam edən ciddi gərginlik mövcuddur. Buna baxmayaraq, biz irəliləyiş əldə edirik və vacib nəticələrə yaxınlaşırıq”, - Tramp bildirib.
Hörmüz boğazının yenidən tam şəkildə beynəlxalq nəqliyyata açılması ilə bağlı razılaşmanın nə vaxt yekunlaşacağı sualına cavab verən ABŞ lideri prosesin yaxın həftə ərzində aydınlaşacağını söyləyib.
Tramp əlavə edib ki, sənədin təsdiqlənməsindən əvvəl bəzi məqamların dəqiqləşdirilməsinə ehtiyac var və danışıqlar bu istiqamətdə davam edir.























































