Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“Xameneinin sağ olduğuna dair dəlillərimiz var”
“İranla mümkün razılaşma nüvə silahının qarşısını almalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.
O bildirib ki, İranın təqdim etdiyi yeni təklif əvvəlkilərlə müqayisədə “gözləniləndən daha yaxşı görünür”, lakin hər hansı gələcək razılaşmanın əsas şərti İranın nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaq olmalıdır.
Bildirilir ki, sözügedən təklif Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutur, lakin nüvə proqramı ilə bağlı əsas müzakirələrin daha sonra aparılması ehtimal edilir.
Rubio ABŞ Prezidenti Donald Trampın mümkün qərarları barədə fərziyyə yürütməkdən imtina edib və bütün yekun qərarın prezidentə aid olduğunu vurğulayıb.
Rubio İranın nüvə proqramını “əsas problem” adlandırıb: “Nüvə məsələsi bu prosesin başlanmasının əsas səbəbidir”.
O, Tehranın danışıqlarda vaxt qazanmağa çalışdığını deyərək, İran tərəfinin “çox təcrübəli danışıq aparıcıları” olduğunu qeyd edib.
Rubio həmçinin vurğulayıb ki, əldə olunacaq hər hansı razılaşma İranın “istənilən vaxt nüvə silahına doğru irəliləməsinin qarşısını qəti şəkildə almalıdır”.
Onun sözlərinə görə, hazırda təqdim olunan təkliflə bağlı bir sıra suallar qalır, o cümlədən, sənədi təqdim edən şəxsin mandatı və təklifin real məzmunu.
Dövlət katibi əlavə edib ki, danışıqlar prosesi təkcə ABŞ və İran arasında deyil, eyni zamanda, İran daxilində müxtəlif tərəflər arasında da koordinasiya tələb edir.
“İranlılar əvvəlcə öz aralarında razılaşmalıdır ki, nə təklif edirlər və nəyə hazırdırlar”, - deyə o bildirib.
Rubio həmçinin ABŞ-nin Ayətullah Müctəba Xameneinin vəziyyəti ilə bağlı məlumatlara malik olduğunu, lakin onun Ali Lider kimi fəaliyyət qabiliyyəti barədə sualların olduğunu da qeyd edib: “ Onun sağ olduğuna dair dəlillərimiz var. Əksini təsdiq edən heç bir dəlilimiz yoxdur”.























































