Menu
Xəbər Lenti
4 yolda sıxlıq var
Bugün, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
Dünən, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
Dünən, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
Dünən, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

Xankəndiyə qayıdırlar
19-06-2026, 11:04

Xankəndiyə qayıdırlar

01 İyun 2026 15:22Manşet / Gündəm

Türkiyə Cümhuriyyətində 2-ci uğurlu məhkəmə işimiz: Ceyhun bəy azadlığına qovuşdu

 

Beynəlxalq hüquq eksperti, beynəlxalq hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov Avropa səfərini başa vurduqdan sonra 01 iyun 2026-cı il tarixində Türkiyə Cümhuriyyətinə səfər etmişdir. Səfər çərçivəsində İstanbul Çağlayan Ədalət Sarayında bir sıra hüquqi araşdırmalar aparılmışdır.


Araşdırılan işlərdən biri Gürcüstan vətəndaşı olan, 10 ildən artıq müddətdir Türkiyə Cümhuriyyətində yaşayan Ceyhun bəylə bağlı olmuşdur. Hazırda ailəli olan Ceyhun bəyin həyat yoldaşı Türkiyə Respublikası vətəndaşıdır və ailənin dörd övladı vardır.


Ceyhun bəyin həyat yoldaşı tərəfindən təqdim edilən faktlar, sənədlər və mühüm sübutlar tərəfimizdən araşdırılmış, məsələyə hüquqi qiymət verilərək aidiyyəti məhkəmə instansiyalarına müraciətlər edilmişdir. Məhkəmə prosesləri zamanı Türkiyə məhkəmə sisteminin obyektiv, şəffaf və qanunun aliliyinə əsaslanan fəaliyyətinin bir daha şahidi olduq.


Aparılan hüquqi fəaliyyət və təqdim edilən sübutların nəticəsi olaraq Ceyhun bəy azadlığına qovuşmuşdur. Bu xəbər ailəsi, övladları və valideynləri tərəfindən böyük sevinc hissi ilə qarşılanmışdır. Uzun müddət davam edən ayrılıqdan sonra ailənin bir araya gəlməsi duyğulu anlarla yadda qalmış, ailə üzvləri sevinc göz yaşları içərisində öz təşəkkürlərini bildirmişlər.


Araşdırmalar zamanı işdə adı hallanan İran İslam Respublikası vətəndaşı barədə Türkiyə Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin görüldüyü və həmin şəxsin Türkiyə ərazisindən deportasiya olunduğu müəyyən edilmişdir.


Bu uğurlu nəticə Türkiyə Cümhuriyyətində əldə etdiyimiz ikinci uğurlu məhkəmə işi kimi xüsusi əhəmiyyət daşıyır. Bu nəticə bir daha göstərir ki, hüquqi mübarizə qanun çərçivəsində, faktlara və sübutlara əsaslanaraq aparıldıqda ədalət öz yerini tapır.


Fürsətdən istifadə edərək Türkiyə Cümhuriyyətinin məhkəmə hakimiyyətinə, İstanbul Çağlayan Ədalət Sarayında fəaliyyət göstərən hakim və prokurorlara, eləcə də hüququn aliliyinə xidmət edən bütün dövlət qurumlarına səmimi təşəkkürümü bildirirəm. Türkiyə məhkəmə sisteminin obyektiv, şəffaf və ədalətli fəaliyyəti xüsusi təqdirəlayiqdir.


 

İsmayıl Zalov

Beynəlxalq hüquq eksperti

Beynəlxalq hüquq müdafiəçisi.

 

ARHD.MEDIA