"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
Millət vəkili Məşhur Məmmədov: “Seçiciləri maraqlandıran məsələlərin ən qısa zamanda həlli bizim üçün prioritetdir”
“Qurtuluşdan Zəfərə uzanan dövlətçilik yolu: Heydər Əliyev strategiyasından İlham Əliyev liderliyinə”
YAP Səbail rayon təşkilatının keçirdiyi “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbir çərçivəsində müsahibə
Event titled "Ideology of Salvation: From the Mission of Salvation to the Chronicle of Victory" held by the Sabail District Organization of the YAP
Tramp kimi öz varisi hesab etmir?
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey. Di. Vensin onun varisi roluna uyğun olduğuna əmin deyil.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Times" qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp mütəmadi olaraq həm Vens, həm də dövlət katibi Marko Rubio barədə başqalarının fikrini öyrənir. Mayın əvvəlində o, tədbirlərin birində qonaqlardan bu iki şəxsdən hansının prezident postuna daha yaxşı namizəd ola biləcəyini soruşub.
Nəşrin verdiyi məlumata görə, Trampın özü onların heç birini dəstəkləmir.
Qeyd olunur ki, Ağ Evin rəhbəri tez-tez Vensin fəaliyyətini öz nailiyyətləri ilə müqayisə edir. Tramp dəfələrlə tərəfdarlarına bildirib ki, Vens onun köməyi olmadan heç vaxt çətin seçkilərdə qalib gəlməyib. O, həmçinin Vensin vitse-prezident kimi götürdüyü məzuniyyətlərin sayını da xatırladıb.
Bundan əvvəl ABŞ prezidentinin köməkçisinin müavini və terrorçuluqla mübarizə üzrə baş direktoru Sebastyan Qorka bildirmişdi ki, Tramp hər ehtimala qarşı prezidentlik müddəti başa çatmamış onu əvəzləmək lazım gələrsə, vitse-prezident üçün ətraflı göstərişlər qoyub.
Məmurun sözlərinə görə, iş masasının siyirməsində Vensə ünvanlanmış məktub saxlanılır və bu məktub ABŞ liderinin başına "nəsə gələcəyi" halda açılmalıdır. Qorka qeyd edib ki, belə hallar üçün mövcud protokollar mövcud olsa da, bu barədə danışmaq səlahiyyətinə malik deyil.























































