Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

28 may 2026-cı il tarixində Hilton Baku məkanında Aztürk Holding tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş möhtəşəm tədbir təşkil olunub. Tədbirin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü qeyd etməklə yanaşı, holdingin yeni “NeoOrdo” layihəsinin ictimaiyyətə təqdimatı olub.
Tədbir çərçivəsində dövlət və özəl sektor nümayəndələri, millət vəkilləri, diplomatik korpus təmsilçiləri, yerli və xarici qonaqlar iştirak ediblər. Axşam saat 17:00-dan etibarən qonaqlar qarşılanıb, foyer hissəsində coffee break təşkil olunub və musiqi proqramı təqdim edilib.
Saat 18:00-da tədbirin rəsmi açılışı baş tutub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 28 May – Müstəqillik Gününə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib.
Açılış nitqindən sonra holding rəhbərliyi çıxış edərək Azərbaycanın müstəqillik dəyərləri, milli birlik və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. Tədbir yerli və xarici qonaqların, eləcə də müxtəlif rəsmi nümayəndələrin çıxışları ilə davam edib.
Gecənin əsas məqamlarından biri Aztürk Holding ilə bir sıra yerli və beynəlxalq şirkətlər arasında əməkdaşlıq memorandumlarının imzalanması olub. İmzalanan sənədlər gələcək əməkdaşlıq perspektivlərinin genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirin rəsmi hissəsindən sonra ziyafət proqramı təşkil olunub. Gecə rəqs qrupunun çıxışı və bədii proqramla davam edib. Tədbirdə Azərbaycanın tanınmış incəsənət nümayəndələri – Alim Qasımov, Fərqanə Qasımova, Elnarə Abdullayeva, Sevinc Sarıyeva və Humay Qədimova çıxış edərək tədbirə xüsusi rəng qatublar. Həmçinin Ağalar müəllimin təqdim etdiyi şeirlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Aztürk Holding bundan sonra da milli dəyərlərin təbliği, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və innovativ layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Jalə Ağakişiqızı
Zeferyolu.az-ın rəhbəri




































































