VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Azərbaycanda 330 kq çəkili kişi əməliyyat olundu
Azərbaycanda ən ağır çəkili kişi mədəkiçiltmə əməliyyatı olunub.
Sehiyye.info xəbər verir ki, 330 kq çəki ilə gələn pasiyent 3 aylıq ciddi hazırlıq prosesindən sonra (anestezioloq, kardioloq, pulmonoloq, endokrinoloq və s. müalıcələri ) 301 kq. çəki ilə əməliyyata alınıb.
Bariatrik cərrah Taryel Ömərov xəstənin illər ərzində arıqlama iynələri, kofeleri və sair metodlar sınadığını, lakin effektiv nəticə almadığını bildirib.
Xəstənin sözlərinə görə, bu çəki ilə hərəkət çox əziyyətli idi.
“Bu çəki məni həyatda çox şeydən geri saldı. Maşına minə bilmirdim. Hara gedirdim, hamı qəribə baxırdı. Yaxın dostumu Taryel həkim əməliyyat etmişdi, çox yaxşı olmuşdu, ondan sonra qərara gəldim. Daha çox hərəkət edəndə bel, ayaq, baş ağrıyırdı”.
Həkimin bildirdiyinə görə, əməliyyat uğurlu keçib, xəstənin vəziyyəti qənaətbəxşdir.
“Burda xəstənin böyük bir əzmi var. O çəki ilə xəstə əməliyyata hazırlıq mərhələsindən keçməli idi, ürək, ağciyərlərin gücü artırılmalı idi. Xəstə 2 ay ərzində çox ciddi hazırlaşdı. Ona görə də əməliyyata gələndə artıq 30 kq arıqlamışdı. Hazırda hər şey əladır”.//medicina
[media=]























































