Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“CityNet TV” kino həvəskarları üçün özəl “Film Paketi” təqdim edir
Müasir televiziya təcrübəsini təqdim edən “CityNet TV” platforması yeni 4K keyfiyyətli fərqli janrlarda 3000-dən çox film, 300-dən çox serialı izləmə imkanı təqdim edən “Film Paketi”ni istifadəyə verib.
Paketdə müxtəlif dillərlə yanaşı Azərbaycan dilində dublyajlı filmlər də yer alır.
“Film Paketi”nə ölkəmizdə ilk dəfə olaraq jest dili dəstəyi olan 100-dən çox film daxil edilib. Bu yenilik eşitmə məhdudiyyətli istifadəçilərin kontentə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və platformanın inklüzivlik prinsipinə verdiyi önəmi bir daha nümayiş etdirir.
Abunəçilər “Film Paketi”ni “CityNet TV” platforması üzərindən aylıq 2 AZN ödəməklə asanlıqla aktiv edilə bilər. Paket sayəsində istifadəçilər TV və mobil qurğular vasitəsi ilə istədikləri zaman, istədikləri yerdə sevdikləri film və serialları izləyə bilirlər.
Qeyd edək ki, “CityNet TV” vasitəsilə istifadəçilər həmçinin “Digiturk”, “Setanta Sports”, “Dizi Channel” və “FilmBox” kimi seçilmiş televiziya kanallarına baxa, eyni zamanda “YouTube”, “Netflix”, “Amazon Prime” və “Spotify” kimi populyar tətbiqlərə də rahat çıxış əldə edə bilirlər.
“CityNet” haqqında
Azərbaycanın aparıcı internet provayderi olan “CityNet” yüksəksürətli sabit internet, telefon xətti və rəqəmsal TV xidmətləri təqdim edir. “CityNet”, Bakı şəhəri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində geniş xidmət şəbəkəsinə malikdir. Şirkət barədə daha ətraflı məlumatı www.citynet.az saytından əldə etmək olar. “CityNet” müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibində olan “Azerconnect Group”a daxildir.























































