Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
Balanslı xarici siyasət kursunun memarı
Keçən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini əldə edən zaman dünyada proqnozlaşdırılması çətin və ziddiyyətli proseslər baş verirdi. Belə bir zamanda ölkənin dayanıqlı inkişafı, yenicə müstəqilliyinə qovuşmuş dövlətlərin ayaqda qalması üçün düşünülmüş və uzaqgörən xarici siyasət kursunun formalaşdırılması başlıca şərtlərdən biri idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə Azərbaycan üçün çox mürəkkəb bir dövrə təsadüf edirdi. Bir tərəfdən Ermənistanın işğal siyasətinin davam etməsi, digər tərəfdən isə ayrı-ayrı xarici dövlətlərin ölkəmizlə bağlı məkrli planları Azərbaycanı çox çətin bir vəziyyətə salmışdı.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Çox çətin vəzifə
Ümummilli liderin qarşısında dayanan ən çətin vəzifələrdən biri belə bir şəraitdə daxili ictimai-siyasi sabitliyi qorumaqla bərabər, çevik, düşünülmüş xarici siyasət kursunun reallaşdırılmasını təmin etmək idi. Ulu öndər dünyadakı erməni lobbisinin fəaliyyəti nəticəsində Azərbaycanın üzləşdiyi beynəlxalq təcrid baryerini dağıtmalı, xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırmalı, informasiya blokadasını yarmalı idi. 1994-cü ilin mayında əldə edilən atəşkəs qarşıya qoyulan ilkin məqsədlərin reallaşdırılması istiqamətində geniş fürsətlər pəncərəsi yaratdı.

Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
Heydər Əliyevin dünya siyasətindəki nüfuzu, zəngin dövlətçilik təcrübəsi Azərbaycanın beynəlxalq aləmdə üzləşdiyi maneələrin bir-bir dəf edilməsində müstəsna rol oynadı. Ulu öndərin təşəbbüsü ilə "Əsrin müqaviləsi"nin imzalanması həm də Azərbaycanın qlobal dünyaya tamhüquqlu üzv kimi çıxışının əsasını qoydu. Bu müqavilə ölkəmizin beynəlxalq dayaqlarını gücləndirməklə yanaşı, Azərbaycan reallığının dünya tərəfindən tanınmasına da vəsilə oldu. Ümummilli liderin xarici siyasət prioritetləri arasında beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq önəmli yer tuturdu. 1994-cü il mayın 4-də Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzaladı. Bu sənəd yenicə formalaşmağa başlayan Azərbaycan Ordusuna NATO-nun hərbi strukturları ilə sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, kadr hazırlığı və digər mühüm məqamlar üzrə zəngin təcrübə qazanmaqda geniş imkanlar yaratdı. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalandı. 1996-cı il iyunun 26-28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etdi. 2001-ci il yanvarın 17-də isə Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü oldu.

Qonşu ölkələrlə münasibətlər
Xatırladaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın qonşu ölkələrlə münasibətlərində də ciddi gərginlik və soyuqluq yaranmışdı. Ulu öndərin xarici siyasət kursunun əsasını həm də qonşu dövlətlərlə münasibətlərin bərpası təşkil edirdi. Heydər Əliyevin ardıcıl və uzaqgörən gedişləri qısa müddət kəsiyində rəsmi Bakının qonşuları ilə münasibətlərini nizamlamasına şərait yaratdı. Rusiya və İranla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq münasibətləri formalaşdırıldı. Türkiyə ilə əlaqələr isə "bir millət, iki dövlət" prinsipinə uyğun şəkildə inkişaf etdirildi.
Dünyaya çatdırılan Azərbaycan həqiqətləri
Təbii ki, Ulu öndərin xarici siyasətində bir nömrəli prioritet hər zaman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması təşkil edib.
Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək bu beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən qərar və ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyin ifadə olunması da Azərbaycan diplomatiyasının qələbəsi idi.

Çoxşaxəli əməkdaşlıq modeli
Ulu öndərin balanslaşdırılmış, çoxşaxəli və dünyanın bütün güc mərkəzləri ilə milli maraqlarımızın müdafiəsinə hesablanan əməkdaşlıq siyasəti hər keçən gün Azərbaycanın beynəlxalq miqyasdakı rolunu gücləndirirdi. 2001-ci ilin 11 sentyabr terror hadisələrindən dərhal sonra ulu öndərin beynəlxalq terrorizmi pisləyən bəyanatla çıxış etməsi, Azərbaycanın antiterror koalisiyasında fəal iştirakı ABŞ ilə münasibətlərdə yeni səhifə açdı. Avropada Böyük Britaniya, Almaniya, İtaliya, Fransa kimi dövlətlərlə qurulan münasibətlər, İslam dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi, Çinlə ikitərəfli dialoq Azərbaycanın inkişafı, iqtisadi qüdrətinin artması baxımından mühüm əhəmiyyətə malik idi.
Ulu öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər digər sahələrdə olduğu kimi, xarici siyasətdə də mühüm uğurlar və nəticələrlə yadda qalıb. Müasir Azərbaycanın beynəlxalq müstəvidə qurulan sağlam münasibətlərinin təməlləri məhz ulu öndərin uzaqgörən xarici siyasəti əsasındı atılıb.






















































