ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Şirvanda mini-futbol çempionatına start verildi – püşkatma mərasimi keçirildi
“Xezertv.info” xəbər verir ki, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futzal üzrə Şirvan şəhər idarə və müəssisələri arasında keçiriləcək mini-futbol çempionatının püşkatma mərasimi baş tutub. 04–23 may 2026-cı il tarixlərini əhatə edəcək yarışlara hazırlıq artıq yekun mərhələyə qədəm qoyub.
Ölkədə idmanın inkişafı, sağlam həyat tərzinin təşviqi, gənclərin və əmək kollektivlərinin idmana cəlb olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. Xüsusilə idarə və müəssisələr arasında təşkil olunan idman yarışları əməkdaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və kollektiv ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Shirvan Operating Company Ltd şirkətinin futbol komandası uzun müddətdir müxtəlif yarışlarda fəal iştirak edərək uğurlu nəticələr qazanır. Komanda ilə Şirvan Olimpiya İdman Kompleksi arasında bağlanmış müqaviləyə əsasən, idmançılar mütəmadi şəkildə bu məkanda məşq edir, peşəkar hazırlıq keçərək şəhər və region səviyyəli turnirlərdə layiqli çıxış nümayiş etdirirlər.
Təşkilatçılar yarışda iştirak edəcək bütün komandalara uğurlar arzulayaraq bildiriblər ki, qarşıdakı oyunlar dostluq, qarşılıqlı hörmət və yüksək idman prinsipləri çərçivəsində keçiriləcək. İştirakçıların öz bacarıq və potensiallarını maksimum səviyyədə nümayiş etdirəcəklərinə inam ifadə olunub.
Çempionatın Şirvan şəhərində idman həyatına yeni dinamika qatacağı, iştirakçılar arasında sağlam rəqabəti və komanda ruhunu daha da gücləndirəcəyi gözlənilir.


























































