Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
“İranla müharibə bitib” - ABŞ
ABŞ administrasiyası İranla fevral ayında başlayan hərbi qarşıdurmanın artıq başa çatdığını bəyan edib.
“Qafqazinfo” “Associated Press” və “Reuters”in yaydığı məlumata istinadən xəbər verir ki, bu yanaşma Konqresin hərbi əməliyyatlara rəsmi icazə verməsi tələbindən yayınmaq məqsədi daşıyır.
Bildirilir ki, 7 aprel tarixində əldə edilən və sonradan uzadılan atəşkəsdən bəri ABŞ Silahlı Qüvvələri ilə İran arasında hər hansı silahlı toqquşma qeydə alınmayıb. Bu səbəbdən administrasiya münaqişəni “bitmiş” hesab edir.
Administrasiyanın bu mövqeyi 1973-cü ildə qəbul edilmiş Müharibə Səlahiyyətləri Qanunu ətrafında yeni müzakirələrə səbəb olub. Qanuna əsasən, prezident 60 gündən artıq davam edən hərbi əməliyyatlar üçün Konqresdən rəsmi icazə almalıdır.
Hazırkı vəziyyətdə bu müddətin 1 maya təsadüf etməsi Donald Tramp üçün kritik tarix kimi qiymətləndirilir. Administrasiya ya Konqresdən icazə almalı, ya da əməliyyatları dayandırmalı idi.
Konqresdə xüsusilə demokratlar administrasiyadan İranla bağlı hərbi əməliyyatlara hüquqi əsas gətirilməsini tələb edirlər. Eyni zamanda, bəzi respublikaçılar ilkin mərhələdə müdaxiləni dəstəkləsələr də, prosesin uzanması halında Konqresin nəzarətinin vacibliyini vurğulayırlar.
Qeyd edilir ki, Ağ Evin bu mövqeyi qəbul olunmasa, ABŞ administrasiyası ilə Konqres arasında ciddi konstitusion qarşıdurma yarana bilər.























































