Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
Lukaşenkonun oğulları da sanksiyaya məruz qaldı
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı sanksiya tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi saytı məlumat yayıb.
Yayımlanan fərmana əsasən, Viktor Lukaşenko və Dmitri Lukaşenkoya 10 il müddətinə məhdudiyyət qoyulub. Onlar beynəlxalq sanksiyalardan yayınmağa cəhd etməkdə, qeydiyyatdan keçməmiş biznes qurmaqda və Rusiyaya ikili təyinatlı mallar verməkdə ittiham olunurlar.
Məlumata görə, sanksiya siyahısına ümumilikdə 16 Belarus vətəndaşı və 11 hüquqi şəxs daxil edilib.
Bildirilir ki, Belarusa yönəlmiş sanksiyalar Minsk hakimiyyətinin Ukraynaya qarşı mümkün düşmənçilik addımlarının qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Avropa İttifaqının 20-ci sanksiya paketi çərçivəsində Belarusa qarşı məhdudiyyətlərin genişləndirildiyini açıqlayıb.























































