Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

16 May 2025 06:46Manşet / Dünya

“Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz

 

Almaniya kansleri Fridrix Mertz bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə ZDF telekanalına müsahibəsində deyib.

“Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, - kansler qeyd edib.

Eyni zamanda, Almaniya hökumətinin başçısı sanksiyaların dərhal qüvvəyə minəcəyini vurğulayıb.

“Onlar (red. - məhdudiyyətlər) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”.