Xəbər Lenti
Bugün, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
İranlı səfir paylaşımına görə Britaniya XİN-ə çağırıldı
İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musavi Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, buna səbəb səfirliyin teleqram kanalında paylaşılan postu olub.
Həmin paylaşımda ABŞ və İsraillə bağlı gərginlik fonunda, Britaniyada yaşayan iranlılara vətəni müdafiə etməyə çağırış edildiyi deyilir.
Britaniya tərəfi bildirib ki, bu cür paylaşımlar qəbuledilməzdir və zorakılığa çağırış kimi başa düşülə bilər.
Həmçinin belə məlumatların yayılmasının dayandırılması qeyd olunub.























































