İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Şəfa bəxş edən əllər, ümid yaşadan ürəklər – Hümbət Səfərovun səhiyyəyə xidmət yolu
Saniyələrlə ölçülən həyat missiyası – Rauf Sadıxovun rəhbərlik etdiyi təcili yardım fədakarlığı
Ürəyin içindən həyata açılan yol – invaziv kardiologiyanın fədakar əli Dr. Vüqar Zamanov
Uşaqların sağlamlığına həsr olunan nəcib ömür – Esmira Hüseynovanın fədakar həkimlik missiyası
Məktəbimizin qüruru Kamran Şahverən oğlu Kazımovun 65 illik yubileyi qeyd olunub.
25 aprel 2026-cı il tarixində Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbində məzunumuz, dosent, filologiya elmləri doktoru, professor, şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımovun 65 illik yubileyinə həsr olunmuş “Şərəfli ömür yolu” adlı tədbir keçirilib. Açılış şəhid Baş leytenant Vüsal Kazımovun övladları Nuray və Aynurun ifasında, musiqi müəllimi Sevin Əliyevanın pianoda müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
İştirakçılar arasında Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Lənkəran rayonu üzrə Təhsil Sektorunun müdiri Ağamməd Şənmədov, Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, Lənkəran Dövlət Universitetinin və Astara Pedaqoji Kollecinin əməkdaşları, məktəb rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, yubilyarın ailə üzvləri, qazilər, şəhid ailələri və digər qonaqlar yer alıblar.
Tədbirdə çıxış edən məktəbin direktoru Ramiz Ramazanov Kamran müəllimin 65 illik yubileyini təbrik edərək onun həyat və fəaliyyət yolunun elmə, təhsilə və Vətənə xidmətin parlaq nümunəsi olduğunu bildirib. O, Kamran müəllimin uzun illərdir pedaqoji sahədə qazandığı uğurları, yetişdirdiyi kadrları və cəmiyyətə verdiyi töhfələri yüksək qiymətləndirib. Məktəb rəhbəri həmçinin Kamran müəllimin şəhid atası kimi göstərdiyi mətanət və iradəni xüsusi vurğulayaraq onu hər birimiz üçün örnək bir şəxsiyyət kimi dəyərləndirib. Eyni zamanda yazıçı-ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Çinarə Ömrayın hazırladığı Kamran Kazımovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış edərək Kamran müəllimlə bağlı xoş xatirələrini bölüşüb, onun uzun illər davam edən səmərəli pedaqoji fəaliyyəti, təhsilin inkişafına verdiyi töhfələr və insanlıq keyfiyyətlərindən söz açıb. O, Kamran müəllimi yüksək dəyərlərə malik ziyalı və nümunəvi pedaqoq kimi xarakterizə edərək yubiley münasibətilə təbriklərini çatdırıb.
Çıxış edən natiqlər Kamran müəllimin həyat və fəaliyyət yolundan bəhs edərək onun tələbəlik illərindən başlayaraq bu günədək keçdiyi şərəfli ömrü yüksək qiymətləndiriblər. Qeyd olunub ki, o, gənclik dövründən elmə və təhsilə böyük maraq göstərmiş, təhsil aldığı illərdə çalışqanlığı, intizamı və məsuliyyəti ilə seçilmişdir. Pedaqoji fəaliyyətə başladığı dövrdən etibarən bilik və bacarıqlarını şagird və tələbələrin təlim-tərbiyəsinə yönəldərək hər zaman yenilikçi və yaradıcı yanaşması ilə fərqlənmiş, uzun illər ərzində yüzlərlə savadlı kadr yetişdirərək gənc nəslin formalaşmasında mühüm rol oynamışdır. Eyni zamanda onun insani keyfiyyətləri – səmimiyyəti, təvazökarlığı, ədalətliliyi və insanlara qayğıkeş münasibəti xüsusi vurğulanaraq, Kamran müəllimin həm pedaqoq, həm də ziyalı kimi cəmiyyətdə yüksək hörmət qazandığı bildirilib. Çıxışlarda onun ailə dəyərlərinə sadiqliyi, xüsusilə şəhid atası kimi göstərdiyi mətanət və səbir dərin ehtiramla qeyd olunaraq, həyat yolunun gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.
Tədbir daha sonra Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta ümumtəhsil məktəbinin şagirdlərinin və Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagird heyətinin ifasında şeir və musiqi nömrələri ilə davam edib. İfa olunan çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.
Sonda çıxış edən yubilyar Kamran Kazımov ilk növbədə tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə təşəkkürünü bildirib. Daha sonra o, keçdiyi həyat yolundan, müəllimlik fəaliyyətindən və bu yolda qazandığı təcrübələrdən bəhs edərək, təhsilin insan həyatında oynadığı mühüm rolu xüsusi vurğulayıb. Kamran müəllim çıxışında həmçinin ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Sonda o, tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək onlara möhkəm can sağlığı və uğurlar arzulayıb.
Yubiley tədbiri iştirakçılarla birlikdə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.




























































































