Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
Orban uduzdu, müxalifət liderini təbrik etdi
Macarıstanın Baş naziri Viktor Orban müxalif “Tisza” partiyasının lideri Peter Maqyarı seçkilərdə qələbə münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müxalifət lideri “X”də yazıb.
O bildirib ki, Orban telefonla zəng edərək partiyasını qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri üçün səsvermə keçirilmişdi.
Analitiklər hesab edirlər ki, 16 ildir hakimiyyətdə olan V.Orban hökuməti yenisi ilə əvəzlənərsə, bu, Macarıstan üçün dönüş nöqtəsi hesab olunacaq. Nəticələr ölkənin həm daxili siyasətinə, həm də Avropa İttifaqı ilə münasibətlərinə ciddi təsir edəcək.























































