Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
“Xezertv.info” xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Düşərgənin ilk günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anıblar. Daha sonra isə Ağcabədi şəhəri Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü, eləcə də suverenliyimizin bərpası uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Düşərgənin açılış mərasimi Ağcabədi Olimpiya İdman Kompleksində baş tutub. Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan düşərgənin açılış mərasimində “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin ictimai inkişaf sektorunun aparıcı məsləhətçisi Nigar Əzimova, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Möhsümov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Cavid Bünyadov çıxış ediblər. Rəsmilər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və güclü siyasəti, xalqımızın birliyi, eləcə də yenilməz Ordumuzun rəşadəti sayəsində Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin də rolundan danışıblar. Onlar qeyd ediblər ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsində və Böyük Qayıdış prosesində də gənclərdən böyük gözləntilər var. Bu kimi düşərgələrin keçirilməsinin gənclərin milli ruhda formalaşmasına, eləcə də azad olunmuş torpaqların bərpası və Böyük Qayıdış prosesində fəal iştiraklarına mühüm töhfə verdiyi xüsusi olaraq vurğulanıb.
Qeyd edək ki, 65 nəfər gəncin iştirakı ilə 4 gün ərzində davam edəcək “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi çərçivəsində, iştirakçılar üçün Qarabağ və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, Vətən müharibəsi qaziləri ilə görüşlər, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti mövzusunda infosessiyalar, interaktiv təlimlər, tematik vörkşoplar, intellektual və komanda inkişafı oyunları, eyni zamanda ekskursiyalar və asudə vaxt üçün əyləncəli fəaliyyətlər planlaşdırılıb.































































